Ən bahalı "Audi A8" - FOTO

"Audi"-nin Yaponiya bölməsi "A8"-in xüsusi versiyasını hazırlayıb. Yenilik "Chauffeur" adı alıb və cəmi 5 ədəd buraxılacaq. Yeni modifikasiya uzadılmış təkər bazası olan "A8"-in təkmilləşdirilmiş modeli əsasında yığılıb. Avtomobilin dizaynı yalnız 20-düymlük təkər diskləri ilə fərqlənir. Lakin əsas dəyişiklik sedanın salonunda baş verib. Yeniliyin interyeri "Marble Gray" dərisi ilə işlənilib. Avtomobilin salonunda soyuducu və arxa sərnişinlər üçün yeni displey quraşdırılıb. İşıqlandırmada oxumaq istəyənlər də nəzərə alınıb.
Avtosfer.az auto.az-a istinadən bildirir ki, yenilik 4,0-litrlik benzin V8TFSI mühərriki ilə hərəkətə gəlir. Onun gücü 435 a.g. və 600 Nm fırlanma anıdır. "A8 Chauffeur" tam ötürücü sistem və avtomatik sürət qutusu alıb.
Qeyd edək ki, sedan "A8"-in qiyməti Yaponiyada 127 min 530 dollardan başlayır. "Chauffeur" modifikasiyasının qiyməti isə 132 min 750 dollardır.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı















