"Ferrari" bu modelin salonunda dəyişikli etdi - FOTO

Fərdi sifarişlər ilə məşğul olan Ferrari Tailor Made bölməsi son əsərlərindən birini nümayiş etdirib. Bu dəfə italyan şirkətinin mütəxəssisləri Ferrari 812 Superfast kupesini vintaj dəri və yun parça ilə bəzəyiblər.
Ferrari Tailor Made fərdiləşdirmə proqramına 2011-ci ildə start verilib. Bu proqram üç istiqamətə bölünür - yarış Scuderia, tarixi Classica və eksperimental Inedita. Atelier Ferrari studiyasına müraciət edən müştərilər müxtəlif kuzov boyanması variantları arasından seçə, hətta arxiv rənglərini yenidən yarada, habelə geniş çeşiddə materiallardan yararlana bilərlər. Kolleksiyadan asılı olaraq bu materiallar kevlar, mikrofibra, hər növ metal, vintaj dərisi, kaşemir və denim ola bilər.

Ferrari Tailor Made bölməsinin son layihəsi Verde Pino (şam yaşılı) rəngində kuzovu, kapotda qızıl xətləri olan 812 Superfast kupesidir. Superkarın daxili hissəsi yaşlı Heritage Ghianda dərisi və yun Kvadrat Umami parçasından əlavələrlə tərtib edilmişdir. Bu üzləmə materialı, Skandinaviya təbiətindən və Danimarkalı rəssamı Vilhelm Hammersheyin əsərlərindən ilham alan dizayner Luiza Siqvardt tərəfindən icad edilib. Sükan, ön panel və mərkəzi konsol qara və qızılı çiləmələri olan açıq-qəhvəyi rəngli dəri ilə üzlənib.
Fərdiləşdirmə proqramı yalnız xüsusi eksteryer və interyer tərtibatını nəzərədə tutur, buna görə də 812 Superfast modeli texniki cəhətdən dəyişilməyib. Superkarın kapotunun altında 800 at qüvvəsi və 718 Nm fırlanma anı hasil edən edən 6,5-litrlik V12 atmosfer mühərriki quraşdırılıb.Güc qurğusu yeddi pilləli preselektiv "robot" ilə tandemdə çalışır. Superkar 100 km/saat həddinə 2,9 saniyəyə sürətlənir və 340 km/saatlıq maksimal sürət həddinə malikdir.

"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA










