"Ferrari"nin yeganə nüsxədə buraxılmış superkarı - FOTO

Ferrari şirkəti, unikal avtomobilin yaradılmasını nəzərdə tutan Ferrari One-Off proqramı çərçivəsində, öndə yerləşdirilmiş V12 mühərriki olan 10 superkar istehsal edib. Yubiley avtomobili bu gün təqdim edilib. Yeganə nüsxədə hazırlanmış Ferrari Omolaga superkarı italyan markasının Avropada yaşayan müştərisi tərəfindən sifariş edilib.
Dolğun Rosso Magma rənginə boyanmış kolleksiya kupesi Ferrari 812 Superfast modelinin dərindən düşünülmüş təsfiridir. Özü də, orijinal modeldən qalan yalnız alın şüşəsi və fənərlərdir - qalan hər şey yenidir.

Avtosfer.az autograph.az-a istinadən bildirir ki, kuzovun səthi maksimal dərəcədə hamar şəkildədir - hər hansı bir qatlanma və kəsiklər yalnız aerodinamikaya görə mövcuddur - xüsusi "yarış" qrafikası, baqaj qapaqdakı "pərdələr" və kiçik spoyler avtomobilin görünüşünə əlavə dramatiklik və cəldlik verir.
Dizaynerlər Ferrari Omologata modelini yaradarkən şirkətin keçmişindən ilham axtardıqlarını gizlətmirlər - buna kapotun ucundakı hava girişləri və arxa hissənin 1960-cı illərin avtomobillərinə xas olan dizaynı işarə edir. Əlavə olaraq, onlar elmi fantastika və müasir memarlıq ilə də maraqlanıblar.

Nəticədə, əllə döyülmüş alüminium kuzov bir növ "şüuraltına təsir göstərən və həvəskarları ilham mənbələrini axtarmağa sövq edən" sitat kolleksiyasına çevrilib. Omologata modelinin salonu isə avtomobilin Ferrari markasının yarış keçmişi ilə sıx əlaqəsini vurğulayır.
Burada mavi dəri və Aunde denimdən hazırlanmış üzlüklə örtülmüş idman oturacaqlarına, dördnöqtəli təhlükəsizlik kəmərlərinə, çatlamış boya effektinə malik olan ön panelə və sükan çarxına, həmçinin "döymə metaldan" olan qapı tutacaqlarına yer tapılıb - vaxtı ilə belə dekordan klassik 250 LM və 250 GTO modellərində istifadə olunub.

Ferrari Omologata modelinin texniki hissəsi barədə məlumat verilməyib. Çox güman ki, bu cəhətdən kupe 812 Superfast modelini tam şəkildə təkrarlayır. Xatırladaq ki, sonuncu 800 at qüvvəli 6,5-litrlik V12 mühərriki və yeddi pilləli F1 DCT "robotu" ilə təchiz edilir.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












