"Ford Mustang-E" ən sürətli versiyaya sahib olub

Ford Mustang Mach-E elektrik krossoveri ən bahalı və ən sürətli versiya - GT Performance modifikasiyasına sahib olub. Yeni modifikasiya yerindən 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənir. Müqayisə üçün, Mustang Mach-E GT belə sürətlənməyə 3,7 saniyə sərf edir.
Ford Mustang Mach-E GT Performance elektrik krossoveri , GT versiyasında quraşdırılan 486 at qüvvəli güc qurğusu ilə hərəkətə gəlir. Bununla belə, top versiyanın təchiz edildiyi qurğunun fırlanma anı 860 Nm-dir. GT modelində isə bu göstərici 813 Nm təşkil edir. Elektrik mühərrikləri 378 kilometr yürüş məsafəsini təmin edən 98,8 kilovat-saatlıq batareyadan qidalanırlar. Müqayisə üçün, Mustang Mach-E GT modeli dolu batareya ilə 402 kilometr yol qət edir.
GT Performance versiyasının xüsusiyyətləri arasında qırmızı supportlu Brembo əyləcləri, Pirelli 245/45 R20 təkərləri olan 20-düymlük ikirəngli disklər və qara rəngli “radiator barmaqlığı” var. Salonda boz üzlüklü idman oturacaqlar, ön paneldə isə dekorativ alüminium işləmələr quraşdırılıb.
Ford Mustang Mach-E GT Performance modelinə sifarişlərin qəbuluna gələn ilin yazında başlanacaqdır. Hazır elektromobillərin dilerlərə çatdırılmasına yayda başlanmalıdır. Daha əvvəl GT variantını sifariş etmiş müştərilərin üçün sifarişini GT Performance modelinə dəyişmək imkanı da mövcuddur. Ford Mustang Mach-E GT Performance modelinin birbaşa rəqibi Tesla Model Y Performance olacaqdır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












