"Galik"i bir də belə görün - Arxa qapıya DİQQƏT - FOTO

Alman Hofele atelyesi Mercedes-Benz G-Class modelini hərəkət istiqamətinin əksinə açılan arxa qapılarla təchiz edib. Lakin məsələ bununla məhdudlaşmır: Ultimate HG adlanan yeni ofrouder, standart G-Class modelindən kuzov dəsti və xrom elemetlərin bolluğu ilə fərqlənir.
Mercedes-Benz G-Class modelinin bazasında inşa edilən Hofele Utimate HG ofroderi, orijinalın bütün yolsuzluq qabiliyyətlərini qoruyub saxlayıb, lakin ultra premium limuzinlər kimi rahatdır. Məhz bu rahatlığı təmin etmək üçün, nümayəndəlik limuzinlərdə olduğu kimi taybatay açılan qapıların quraşdırılmasına qərar verilib. Əlavə olaraq, ikinci sıradakı sərnişinlər avtomobilə minib-düşməsini asanlaşdırmaq üçün avtomatik olaraq qabağa çıxan ayaq dayaqları ilə təchiz edilib.
Bundan başqa, Ultimate HG modeli yeni dizaynı olan radiator barmaqlığını (orijinal formasını saxlamış), fənərlərin xrom haşiyəsini, fərqli bamperləri və 23-düymlük firma Hofele Turbine təkər disklərini əldə edib.
Salondakı dəyişikliklər o qədər də ciddi xarakter daşımırlar: oturacaqlar açıq açıq-boz rəngində nappa dərisi və süni zamşa ilə üzləniblər. Kresloların başlıqlarında atelyenin loqotipi həkk edilib. İkinci sıranın fərdi oturacaqları qızdırılma, havalandırma və masaj funksiyası ilə təchiz edilib. Sərnişinlər üçün smartfonların simsiz doldurulması sistemi nəzərdə tutulub.
Ofrouderin güc qurğusu barədə məlumat verilmir. Mercedes-AMG G 63 modeli standart olaraq, 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki və doqquz pilləli avtomatik transmissiya təchiz edilir. G 63 modeli 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və 220 km/saatlıq maksimal sürət həddinə malikdir.
Tüninq edilmiş Mercedes-Benz G-Class modelinin qiyməti də açıqlanmayıb.
Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək






















