"Genesis GV70" daktiloskopik sensorla təchiz ediləcək - FOTO

Genesis markası GV70 krossoverində quraşdırılacaq yeni biometrik identifikasiya texnologiyası barədə məlumat verib. Bu texnologiyanın köməyi ilə dayanacağın və yanacaq doldurmanın pulunu ödəmək, həmçinin mühərriki işə salmaq və şəxsi tənzimləmələri aktivləşdirmək mümkün olacaqdır.
In-Vehicle Easy Payment Genesis CarPay Interlocking Fingerprint Authentication System adlanan texnologiya, mühərriki işə salma düyməsinin altına quraşdırılmış barmaq izi sensorundan ibarətdir. Onun köməyi ilə, Genesis CarPay ödəmə sistemində özünüzü tanıda, həmçinin Valet Mode servis rejimində müxtəlif xidmətlər üçün ödənişləri edə bilərsiniz. Qeyd etmək gərəkdir ki, əməliyyat zamanı fərdi məlumatlarınız mərkəzi ekranda göstərilməyəcəkdir.
Ən əsası barmaq izi skanerinin köməyi ilə fərdi tənzimləmələri aktivləşdirərək, avtomobilin mühərrikini işə salmaq mümkün olacaqdır. Bu zaman sükan və oturacaqlar yaddaşda olan vəziyyətə gətiriləcək, multimedia sisteminin səs yüksəkliyi tənzimlənəcək, proyeksiya displeyinin göstəriciləri və naviqasiya sistemində qeydə alınan son marşrut əks olunacaqdır.
Lakin barmaq izi sensoru Genesis GV70 modelində debüt edəcək tək yenilik deyil. Eyni zamanda, krossover arxa sıradakı sərnişinlər barədə xəbərdarlıq edən Rear Occupant Alert (ROA) sisteminin imkanlarını genişləndirəcək radar sensoru ilə təchiz ediləcəkdir.
Artıq Advanced (genişləndirilmiş) indeksini alan ROA sistemi, yalnız ayaqların və qolların hərəkətlərini deyil, eyni zamanda, döş qəfəsinin də hərəkətini müəyyən edə biləcəkdir - məsələn, sistem yuxuda olan və ya oyanmış körpə barədə xəbərdarlıq edəcəkdir. Bundan əlavə, Advanced-ROA sistemi, oturacaqların arxasında olan daşıyıcılardakı heyvanları da “görür”.
Genesis GV70 krossoveri keçən ayın sonunda debüt edib. Yığcam krossover adi və Sport versiyalarında təqdim olunub. Cəlbedici interyerə malik olan krossover bir neçə güc qurğusu ilə təklif edilir: modelin mühərrik çeşidinə 2,5-litrlik Theta III mühərriki, 3,5-litrlik aqreqat və 2,2-litrlik turbodizel daxildir. Bütün mühərriklər səkkiz pilləli “avtomat” ilə tandemdə çalışır. Ötürmə - arxa oxa və ya tamdır.


Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı












