Günəş enerjisi ilə çalışan avtobusun təqdimatı keçirilib

İstanbul bələdiyyətinin nəqliyyat strukturu olan İETT ölkədə günəş enerjisi ilə çalışan ilk avtobusun təqdimatını keçirib. İkt.lent.az-ın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, İETT nümayəndəsi Fatmanur Yılmaz jurnalistlərə açıqlamasında Türkiyədə ilk dəfə günəş enerjisi ilə işləyən ictimai nəqliyyat vasitəsinin istifadəyə verildiyini söyləyib: “Məqsədimiz ekoloji təmiz və alternativ yanacaqdan istifadənin mümkünlüyünü göstərmək, qlobal istiləşməyə səbəb olan zərərli qazların atmosferə buraxılmasının qarşısını almaqdır”.
Günəş panellərindən əldə olunacaq elektrik sayəsində avtobusların texniki və yanacaq xərclərini azaldacağını deyən bələdiyyə məmuru, pilot layihə kimi istehsal olunan ilk avtobusun İstanbul daxilində hərəkət edəcəyini və özünü təsdiq etməsi halında, digər avtobuslarda da anoloji sistemin quraşdırılacağını bildirib.
Mətbuat konfransından sonra avtobus İstanbulun Eminönü məhəlləsi istiqamətində hərəkətə başlayıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












