"Hey Mercedes" - Avtomobili zədələnməkdən qoruyur, edəcəyiniz zəngi xatırladır...

Alman avtomobil istehsalçısı Mercedes-Benz elektromobil modeli EQS-də istifadə ediləcək yeni əyləncə və məlumat sistemi Hyperscreen-i təqdim etdi. Nəhəng ölçüləri ilə seçilən Hypercreen süni zəka ilə işləməsi ilə diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, Hyperscreen-in ekran ölçüsü ümumilikdə 56 düym sahəni əhatə edir. Bu ekran Escalade-in 38 düymlük ekranını geridə qoyaraq avtomobil sənayesində yeni bir rekorda imza atdı. Ekran olduqca uzun olmasına baxmayaraq, yalnız göstərilən 3 nöqtə üzərində idarə oluna bilər.
İlk ekran kokpit mərkəzli rəqəmsal alət paneli kimi görünür. Bu panelin köməkliyi ilə sürücülük və nəqliyyat vasitəsi ilə bağlı bütün ətraflı məlumatlar əldə edilə bilər. Rəqəmsal panelin yanında əyləncə sistemi var. Bu ekran naviqasiya, telefon və səs parametrlərinə giriş təmin edir. Multimedia əlaqələri bu ekran vasitəsilə həyata keçirilir.
Son ekran yalnız sürücünün yanında olacaq sərnişin üçün nəzərdə tutulub. Yan oturacaqdakı sərnişin bu ekran sayəsində media və radio kimi parametrləri idarə edə bilsə də, ekran istifadə edilmədikdə son dərəcə diqqətçəkən dizaynla qalaktika görünüşünə çevrilir.
Süni intellekt EQS modelindəki avtomatik asma ilə birlikdə işləyir. EQS avtomobilin zədələnməsini minimuma endirərək qeyri-bərabər yollarda yer boşluğunu avtomatik olaraq tənzimləyir.
"Hey Mercedes" səsli komanda ilə işləyə bilən hiper ekran gündəlik istifadədə sürücünün rahatlığını təmin etmək üçün dizayn edilib. Məsələn, hər çərşənbə axşamı işdən çıxanda bir şəxsə telefon zəngi edərsə, süni intellekt sayəsində Hiperscreen sürücüyə işdən çıxdığı anda eyni şəxsə zəng etməsini xatırladır.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












