Hofele Mercedes-Benz G-Class ofrouderinin altı oturacaqla təchiz edib - VİDEO

Avtodünya 11 May 2020 12:40 Oxunub 2474
Hofele Mercedes-Benz G-Class ofrouderinin altı oturacaqla təchiz edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Gelendavagen" layihəsinin əsası kimi Mercedes-AMG G 63 versiyasını götürüblər

Alman Hofele atelyesi yeni Mercedes-Benz G-Class modelinin salon tutumunu artırmağı təklif edirlər. Atelyenin mütəxəssisləri, ofrouderin salonunda üç oturacaq cərgəsini quraşdıraraq, 2 + 2 + 2 formulu ilə yerləşdirilən altı fərdi oturacaq təklif edirlər. Əlavə olaraq, təkmilləşdirilmiş G-Class aerodinamik kuzov dəsti və təkər diskləri ilə təchiz edilir, onun salonu isə dəri və alkantara ilə üzlənir.

Hofele stilistləri altı yerlik "Gelendavagen" layihəsinin əsası kimi  Mercedes-AMG G 63 versiyasını götürüblər. Lakin, müştərinin istəyi ilə istənilən versiyada olan ofrouderi təkmilləşdirmək mümkündür.

 

Salon qırmızı rəngli nappa dərisi və antrasit rəngli alkantara ilə üzlənib. Sükan çarxı, qapı kartları və mərkəzi tunel karbon lifindən hazırlanmış dekor elementləri ilə bəzədilib. Bununla birlikdə, mütəxəssislər müştərinin istəyi ilə istənilən parça, metal və ağac ilə işləməyə hazırdırlar.

Nümayiş etdirilən G-Class modelinin salonu altı nəfərlik olsa da, Hofele mütəxəssisləri üçüncü sırada yalnız uşaqların və ya kiçik böylu böyüklərin problemsiz otura biləcəyini qeyd ediblər. Bu oturacaqlar çıxarılandır - zərurət olduqda onları sökərək baqajın həcmini artırmaq olar. İkinci sırada isə, fərdi "kapitan" kresloları ənənəvi divanı əvəz edib. Buna görə də, Hofele tərəfindən hazırlanan G-Class dörd, beş və ya altı nəfərlik ola bilər.

 

Eksteryerin təşkmilləşdirilməsi üçün, şirkət, 24-düymlük xüsusi təkər disklərini, təkər tağlarının karbondan hazırlanmış genişləndiricilərini, dama quraşdırılan LED işıqları, radiator barmaqlığının xrom əlavəsini, yeni ön və dəyişdirilmiş arxa bamperləri quraşdırmağı təklif edir. Eyni zamanda, Mercedes-Benz və AMG emblemləri Hofele loqotipləri ilə əvəzlənir.

Hofele atelyesinin təklif etdiyi iki maraqlı dizayn elementi - salondakı hava deflektorlarının üslubunda dizayna malik olan ehtiyat təkərinin örtüyü, həmçinin buraxılış sistemninin quraşdırılmış boruları olan və elektrik ötürməsi ilə irəli çıxan ayaqaltılardır.

Modelin texniki hissəsinə müdaxilə barədə məlumat verilməyib. Bu isə, ofrouderin kapotunun altında 585 at qüvvəsi və 850 Nm fırlanma anı hasil edən 4,0-litrlik iki turbokompressorlu V8 mühərrikinin yerləşdiyindən xəbər verir. Güc aqreqatı 9-pilləli avtomatik transmissiya və tam ötürmə sistem ilə birlikdə çalışır.

Şəkildə gördüyünüz ofrouder Hofele tərəfindən 279,880 avroya satılır ki, bu da, adi Mercedes-AMG G 63 (Almaniyada qiyməti - 152.725 avrodan) modelinin satış qiymətindən təxminən iki dəfə çoxdur. Ştutqart atelyesi artıq yeni layihələr üçün sifarişləri qəbul edir və təkmilləşdirmələrin qiyməti fərdi qaydada müəyyənləşdiriləcəkdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh