“Honda” benzinlə işləyən avtomobillərin istehsalını daha tez dayandıracaq
Avtodünya
19 Oktyabr 2020 18:17

“Honda” şirkəti Avropada benzinlə işləyən avtomobillərin istehsalını əvvəlcədən planlaşdırıldığı kimi 2025-ci ildə deyil, 2022-ci ilin sonuna qədər bitirmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “The Times” Yaponiya şirkətindən əldə etdiyi bilgiyə istinadən məlumat verib.
Bundan əlavə, Yaponiya şirkəti 2022-ci ilədək Avropada dizel yanacaqlı avtomobillərin istehsalını da dayandıracaq, Böyük Britaniyada isə artıq avtosalonlar yaxın həftələrdə bu tip son modelləri satacaqlar.
Şirkətdən qeyd olunub ki, bundan sonra hibrid və elektrikli avtomobillərin istehsalına üstünlük veriləcək. “Honda” hazırda Avropada məşhur CR-V və “Jazz” hibridlərini, həmçinin “Honda e” elektromobilini istehsal edir.
Oxunub : 2060
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 10:00
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
ŞƏRH YAZ












