"Honda" elektrik kupe-krossoverinin carçısını nümayiş etdirib - FOTO

Honda şirkəti Pekin avtosalonunda yerli bazar üçün nəzərdə tutulmuş yeni seriya krossoverinin carçısı olan elektrik konseptini təqdim edib. Prototip cəsarətli eksteryer dizaynı, kiçik kuzov çıxışları və sanballı klirensi ilə təəccübləndirib. İnteryer və texniki hissə barədə məlumat verilməyib.
Avtosfer.az bildirir ki, Honda SUV e concept kross-kupesinin fərqli xüsusiyyətləri idman silueti, kiçik şüşələnmə sahəsi, çərçivəsiz qapılar, "off-roud" form-faktoru və kuzovun perimetri boyu quraşdırılmış plastikdən müdafiə dəstidir. Kuzov xüsusi olaraq hamar şəkildə səthə malikdir: güzgülər, kameralar, qapı tutacaqları və şüşəsilənlərdən imtina edilib.
Konsept avtomobilinin işıq texnikası indiki Honda modelini xatırladır və prototipin sadəcə markanın çinli dizaynerlərinin fantaziyası deyil, metalda təcəssümünü tapacaq gələcək seriya modelinin ilk eskizidir. Honda SUV e konseptinin təqdimatı zamanı, diqqəti yapon istehsalçısı seriya elektrik krossoverinin təchiz ediləcəyi elektron köməkçilərinə yönəldib. Bunlar arasında avtomobil ətrafındakı vəziyyəti təhlil edə bilən ADAS yarımavtonom idarəetmə sistemi, Honda Sensing aktiv təhlükəsizlik kompleksi və yeni Honda Connect əyləncə sistemi vardır.
Çin bazarı üçün nəzərdə tutulmuş Honda seriya elektromobilinin sınaqları 2021-ci ildə başlayacaq və "batareyalı" kross-kupenin konveyer versiyası iki il ərzində təqdim ediləcəkdir. Elektrik krossoverinin GAC-Honda birgə müəssisəsinin zavodunda istehsal ediləcəyi və zamanla onun "qlobal" modelə çevriləcəyi məlumdur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














