"Hyundai" 810 at qüvvəli elektrik prototipini nümayiş etdirib - FOTO

Hyundai şirkəti Pekin avtosalonunda 810 at qüvvəli "qaynar" RM20e elektrik hetçbekini təqdim edib. N-bölməsinin malik olduğu texnologiyaları nümayiş etdirən prototip arxa ötürməli ortamühərrikli Hyundai RM20e modeli yeni elektrik platformasında inşa edilib. Layihənin tərəfdaşı Xorvatiyanın Rimac şirkətidir.
Zahiri cəhətdən, Hyundai RM20e prototipi "qaynar" Veloster N hetçbekinin yarış versiyasına bənzəyir, lakin tanış kozuv sadəcə bir qabıqdır, çünki elektromobilin texniki hissəsi tamamilə yenidir. Konsept elektrik şassisinə əsaslanır, 810 at qüvvəsi və 960 Nm fırlanma anı hasil edən elektrik mühərriki bazada, oturacaqların arxasında quraşdırılıb. Ötürmə arxa oxadır.
Avtosfer.az bildirir ki, RM20e modelinin elan edilmiş dinamik xüsusiyyətləri belədir: hetçbek 100 km/saata qədər üç saniyədən az, 200 km/saata qədər isə 9.88 saniyə vaxt sərf edir. Onun maksimal sürəti 250 km/saatdır. Döşəmənin altına 60 kilovat-saatlıq dartma batareyası yerləşdirilib. Elektrokarın yürüş məsafəsi açıqlanmayıb.
Hyundai Group qrupunun araşdırma və inkişaf bölməsinin rəhbəri Albert Birmann RM20e modelinin "yarış avtomobilinin xüsusiyyətlərini özündə cəmləyir", lakin prototipin ümumi yollarda hərəkət imkanına da malikdir. Birmann, RM20e prototipinin ultra müasir elektrik güc qurğusunun "həyəcanverici sürətlənməni" təmin etdiyini söyləyib, lakin konseptin seriya davamçılarının mütləq "təmiz" elektrokar vasitələri olmayacağını da açıqlayıb. Eyni zamanda, Hyundai qrupu Xorvatiyanın Rimac firması ilə tərəfdaşlığını genişləndirəcəyini bildirib.
810 at qüvvəli RM20e elektrik hetçbekinin Hyundai markasının yeni ortamühərrikli sportkarının əsası olacağı da istisna edilmir. Cənubi Koreya istehsalçısı belə sportkarı növbəti nəsil Porsche Boxster modelinin rəqibi olacağından əmindir.
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
















