"Hyundai Motor" konserni elektrokarlar üçün hazırladığı yeni platformanı təqdim edib - FOTO

Avtodünya 3 Dekabr 2020 22:19 Oxunub 1292
"Hyundai Motor"  konserni elektrokarlar üçün hazırladığı yeni platformanı təqdim edib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xüsusi olaraq kütləvi elektrik nəqliyyat vasitələri üçün hazırlanmış modul platformalara Volkswagen qrupu və Renault-Nissan-Mitsubishi alyansı malikdirlər. Artıq PSA Group da bənzər layihəsinin olduğunu elan edib. Bu günlərdə adı çəkilən istehsalçılara E-GMP (Electric Global Modular Platform) arxitekturasını təqdim edən Hyundai Motor konserni də qoşulub.

Ümumiyyətlə, koreyalıların platforması rəqiblərlə eyni arxitekturaya malikdir: dartma batareyası güc strukturuna inteqrasiya olunub, müstəqil asqı sistemi (arxada beşqollu asqı), hər bir oxda elektrik mühərriki. Təkər bazasını, təkər izini, klirensi və digər parametrləri çevik şəkildə dəyişdirmək də mümkündür. Ancaq bəzi özəllikləri də var.

Baza versiyası olacaq təkmühərrikli versiyalar arxa ötürməlidir, tamötürməli versiyalarda isə, enerjini təkərlərin fırlanmasına sərf etməmək üçün, elektrik mühərrikini təkərlərdən ayıran sadə mufta quraşdırılıb.  Mühərriklər yeni nəsildir: onların maksimal fırlanma sürəti indiki mühərriklər ilə müqayisədə 70% daha yüksəkdir. Güc qurğularının hasilatı açıqlanmasa da, yeni platformada inşa ediləcək "qaynar" elektromobillərin 100 km/saat həddinə 3,5 saniyəyə sürətlənəcəyi və 260 km/saat həddini toplayacağı bildirilir.

Dartma batareyalarının parametrləri də açıqlanmayıb, lakin onların enerji tutumunun xüsusi çəkisinin hazırda Hyundai tərəfindən istifadə edilən batareyalardan 10% daha yüksək olduğu bildirilir. Dolu batareyalar ilə təxmini yürüş məsafəsi WLTP dövründə 500 kilometrdən çox olmalıdır. Üstəlik, şirkət "ən sürətli" terminallardan (800 volt gərginlikli və 350 kilovat gücündə) enerji yüklənməsi imkanını təmin edəcəkdir. Məsələn, beş dəqiqəlik enerji yüklənməsi sayəsində 100 kilometrlik yürüş ehtiyatı təmin edilə bilər. Batareyanın 80 faizinə qədər doldurulması isə 18 dəqiqə çəkəcəkdir. Bununla birlikdə, 400 voltluq terminallara və məişət rozetkalarına qoşulmaq da mümkündür. Üstəlik, digər istehlakçılar ilə enerji paylaşmaq imkanı olacaqdır.

E-GMP platformasında istehsal olunacaq ilk seriya elektromobilləri 2021-ci ildə təqdim ediləcəkdir: bunlar Ioniq 5 krossoveri və naməlum Kia modeldir. Cənubi Koreya istehsalçısının planları böyükdür -  2025-ci ilə qədər 23 elektrik modeli işıq üzü görməli, Hyundai Motor konserninə daxil olan bütün markaların elektromobillərinin ümumi satış sayı bir milyon nüsxəyə çatmalıdır. (autograph.az)

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh