"Hyundai" yeni krossoverin adını açıqlayıb

Hyundai şirkəti Avropada satılacaq B sinifdən olan yeni yığcam krossoverin tizerini dərc edib. Tizerdən göründüyü kimi, yeni modelə Bayon adı verilib. Modelin təqdimatı 2021-ci ilin birinci yarısına planlaşdırılır.
Bayon modeli Fransanın cənub-qərbindəki Bayonne şəhərinin şərəfinə adlandırılıb. Şəhər Atlantik okeanının sahili ilə Pireney yarımadasının arasında yerləşir və aktiv istirahəti - yelkən və yürüyüşü sevən turistlər arasında populyardır.
Şirkətdən bunun "yeni modelin xarakterinə tamamilə uyğun" olduğu bildirilib. Avtomobillərinə maraqlı yerlərin adını vermək artıq Hyunda üçün bir ənənə halını alıb: məsələn, Tucson və Santa Fe modelləri adlarını Arizona və Nyu Meksiko ştatlarındakı şəhərlərindən, Kona - Havay adasındakı bir bölgədən, NEXO isə Danimarkanın Bornholm kurort adasındakı Nexø şəhərindən alıblar.
Hyundai Motor Europe nümayəndəliyinin marketinq və məhsullar üzrə vitse-prezidenti Andreas-Kristofer Hofmannın sözlərinə görə, Bayon modeli Koreya markasının Avropa bazarında satılan ən əlçatan krossoveri olacaqdır. Ancaq şirkət avtomobil haqqında detalları açıqlamağa tələsmir - ətraflı məlumat modelin təqdimatına yaxın veriləcəklər.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












