"Infiniti QX55" modelinin yeni təqdimat tarixini açıqlayıb

Infiniti şirkəti məşhur FX modelinin yeni təzahürü olan QX55 kupe-krossoverinin son tizerini yayımlayıb. Infiniti QX55 modelinin debütü 11 noyabr tarixində baş tutmalı idi, amma son anda təqdimat bir həftə təxirə salındı.
İndi isə, Infiniti yeni kross-kupenin son tizerini yayaraq, yeni təqdimat tarixini elan edib: 17 noyabr. Təqdimat məlum məsələdir ki, onlayn keçiriləcəkdir. Təqdimat zamanı amerikalı müğənni Aloe Blek tamaşaçıları əyləndirəcək.
Infiniti QX55 modelini FX krossoverinin varisi saymaq düzgün olmazdı - birincisi, ölçülərinə görə yeni model FX-dən daha kiçikdir. İkincisi isə, QX mühərriki köndələn yerləşən və əsasən öndən çəkişli arxitekturada inşa ediləcəkdir. Xatırladaq ki, Infiniti FX modelində mühərrik uzununa yerləşən və arxa çəkişli arxitektura tətbiq edilmişdi.
BMW X4 və Mercedes-Benz GLC modelləri ilə rəqbaət aparacaq yeni kupe-krossun 270 at qüvvəsi və 380 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərrik, avtomatik transmissiya, həmçinin ön və tam ötürmə ilə təchiz ediləcəyi gözlənilir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












