Kia elektrokarı Porsche Taycan ilə rəqabət aparmaq arzusundadır

Kia şirkəti zavod daxili CV indeksinə sahib yeni elektrik krossoveri haqqında təfərrüatları açıqlayıb. Elektrik ötürməsi ilə hərəkət edəcək krossover koreya markasının ən güclü avtomobili olacaqdır. Hətta, krossoverin top versiyasının dinamika, güc, rahatlıq və batareyanın doldurulması sürətinə görə Porsche Taycan modelinə "əlcək atacağı" da söylənilir.
Koreya markasının elektrik krossoveri 2019-cu ildə debüt edən Imagine by Kia konseptinin seriya variantı olacaqdır. Prototipin konveyer versiyası onun kuzov formasını və ümumi xarici dizaynını "miras olaraq" alacaqdır.

Yeni modelin əsasını Hyundai şirkətinin E-GMP modul platforması təşkil edəcəkdir. Yeni arxitekturanın hazırlanmasında Xorvatiyanın Rimac şirkətinin mütəxəssisləri də iştirak edib. Bu səbəbdən də, Kia elektomobilləri müxtəlif gücə malik olan geniş çeşiddə modifikasiyalar ilə təklif ediləcəkdirlər.
"Auto Express" nəşrinə verdiyi müsahibədə, Kia şirkətinin Avropa bölməsinin rəhbəri Emilio Herrera, elektrokarın top-versiyasının Porsche Taycan ilə rəqabət apara biləcək "yüksək performanslı avtomobil" kimi səciyyələndirib.

Bundan əlavə, yeni elektrokar 800 voltluq elektrik sistemi ilə təchiz ediləcəkdir ki, bu texnologiya sayəsində elektrokarın batareyasının 350 kilovatlıq mənbədən doldurulmasına 20 dəqiqədən az zaman tələb olunacaqdır. Elektrik krossoverinin təxmini yürüş məsafəsi 480 kilometrdir.
Kia Europe bölümünün marketinq direktoru Karlos Lahoz, yeni elektrik krossoverini koreya markası üçün texnologiyaların nümayiş vitrininə çevriləcəyini bildirib. Bununla birlikdə, Lahoz Kia markasının premium brend olmadığını və olmağa səy göstərmədiyini vurğulayıb. Bu səbədən də o, müasir texnologiyaların əlverişli qiymətlərlə təklif ediləcəyini bildirib.

Kia şirkətinin elektrik xəttinin flaqmanının təqdimatı 2021-ci ilə planlaşdırılıb. Beş il ərzində, Koreya markası, elektrokarların sayını ikidən on birə qədər artırmaq və dünya bazarındakı (Çin istisna olmaqla) payını 6,6 faizə qədər yüksəltmək niyyətindədir.(autograph.az)
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












