Kia Sportage "qara" versiyaya sahib olub - FOTO

Son zamanlar avtomobil istehsalçıları arasında "qara" modifikasiyaların buraxılması dəb halını alıb. İş o yerə çatıb ki, büdcə avtomobilləri buraxan AvtoVAZ şirkəti də öz modellərinin "qara" modifikasiyalarını təklif etməyə başlayıb. Əlbəttə ki, Cənubi Koreyanın Kia markası bu axına qoşulub, belə ki, istehsalçı artıq Şimali Amerika bazarında Kia Telluride Nightfall Edition krossoverini öz müştərilərinə təklif edir. Bəs Avropada?
Milli.Az autograph.az-a istinadən bildirir ki, Avropada isə, "qara" seriyanı təmsil etməyi Kia Sportage Black Edition krossoverinə həvalə ediblər. Bu seriyaya qoşulmağın respti olduqca sadədir: radiator barmaqlığını, bamperlərin içərisindəki əlavələri, emblemləri, 17-düymlük təkər disklərini, damdakı reylinqləri və digər dekoru qara rəngə boyamaq gərəkdir. Fənərlərin daxili də qaraldılmalıdır. Eyni zamanda, kuzov üçün təkcə qara rəng deyil, yeddi variantdan ibarət bir palitra təklif olunur.
Salonun qara rəngli tərtibatında parça, dəri və ya bunların birləşməsindən istifadə oluna bilər (avadanlıq səviyyəsindən asılı olaraq). Lakin interyerdə başqa fərqlər yoxdur. Bundan əlavə, Black Edition ikizonalı klimat-kontrol, ön və arxa park sensorları, habelə elektron köməkçilər dəstinə malikdir. Ancaq bütün bunlar, "qapqara" Sportage modelinin dekabrda satışa təqdim ediləcəyi Avropada əlçatandır.



ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












