Klassik avtomobillərin olduğu sahibsiz avtosalon - MARAQLI TARİX - FOTO

ABŞ-ın Şimali Karolina ştatında sahibsiz və illərlə qalmış avtosalon aşkarlanıb. Avtosfer.az xəbər verir ki, yüzdən çox amerikan klassik avtomobili olan salon baxımsız vəziyyətdə qalıb. Əksər avtomobillərin onsuz da paslandığı avtosalon “Collier Motors”un qurucusu Robert Collierə məxsus olub. Bu şirkət “Chevrolet” avtomobillərini 50-ci illərdən bəri satır. Daha sonra şirkət “Amerikan Motors Korporasiyası”nın rəsmi dilerinə çevrilib.
1980-ci illərin sonlarında, “AMC Chrysler”in bir hissəsini alandan sonra Collier, salonu “AMC” markası altında işlənmiş avtomobillər satmaq üçün yenidən qurub. 2015-ci ilə qədər işləsə də artıq əsas binası artıq çökmüşdü.
Collier 2018-ci vəfat edib və firma kağız üzərində oğullarına keçib. Ancaq övladları atalarının işlərini davam etdirməyiblər və avtosalon hazırkı vəziyyətə düşüb.
Hazırladı: Nərminə Əli


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












