"Lamborghini Huracan"dan YENILIK - FOTO

Norveçdə fəaliyyət göstərən Zyrus Engineering atelyesi bu günə qədər yalnız iki başa çatmış layihə ilə öyünə bilər: bunlar Lamborghini Super Trofeo LP 640-2 superkarının əsasında yaradılan Zyrus LP1200 R modeli və Porsche Taycan üçün hazırlanmış karbon kuzov dəstidir. İndi atelyenin portfoliosunda üçüncü layihə peyda olub - 1200 at qüvvəli Zyrus LP1200 Strada superkarı.
Zyrus LP1200 Strada modeli Lamborghini Huracan LP640-4 Performante modelinin əsasında yaradılıb. Donor avtomobili 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 5,2-litrlik V10 mühərriki, yeddi pilləli "robot" və tam ötürmə ilə təchiz edilib.
Atelye mütəxəssisləri superkarı trek günü avtomobilinə çevirmək üçün 600-dən çox komponenti dəyişdirilməli olublar. Bundan başqa, avtomobil düymə vasitəsilə mühərrikin iki güc variantı arasında keçid etmək imkanına sahib olub. Şəhər rejimində mühərrik 900, trek rejimində isə 1200 at qüvvəsi hasil edir.
LP1200 Strada modeli iki turbokompressoru, istiyə davamlı inkoneldən hazırlanmış buraxılış kollektorunu, titandan buraxılış sistemini və tamamilə yeni kuzov dəstini alıb. Yeniliklərin əksəriyyəti Zyrus LP1200 R trek avtomobilindən götürülüb.
Norveçlilər ön bamperə iri kanardlar quraşdırıb, ön qanadlarda isə havalandırma kəsikləri açıblar. Arxa hissədə iri diffuzor və iki iş səthi olan nəhəng antiqanad quraşdırılıb. 200 km/saat sürətində avtomobilin yeni aerodinamik elementləri iki tondan çox yerəbasma gücü hasil edir. Qeyd etmək lazımdır ki, LP1200 modelinin çəkisi 1427 kiloqramdır.
Superkarın başlanğıc qiyməti 595.000 avro təşkil edir. Bu məbləğə trekdə keçirilən tanışlıq sessiyası da daxildir. Sessiyada Zyrus Engineering komandası da iştirak edəcək və lazım olduqda avtomobilin tənzimləməsinə köməklik göstərəcəkdir. Eyni zamanda, atelye mühəndisləri layihənin texniki nüansları barədə də müştəriyə məlumat verəcəklər. (Autograph)
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA












