Lamborghini yeni superkar hazırlayıb - FOTO
Lamborghini şirkəti V10 atmosfer mühərriki ilə təchiz edilmiş yeni superkarı təqdim edəcəyini bildirib. Dərc edilmiş tizerdəki məlumata əsasən, 18 noyabr tarixində Sant'Aqata Bolonyeze şirkəti Huracan Super Trofeo Omologato (STO) arxa ötürməli "trek" superkarını təqdim edəcəkdir. STO indeksli superkar Performante modelini əvəzləyəcəkdir.
Lamborghini pərəstişkarları, Huracan STO modelinin debütünü bir il yarımdır ki gözləyirlər. Xatırladaq ki, ekstremal superkarın prototipin ilk dəfə keçən ilin mart ayının ortalarında casuslara rast gəlmişdilər. Yeni superkar arxa ötürməli Huracan EVO modelindən orijinal kuzov dəsti, iri arxa antiqanadı və karbon lifi ilə yüngülləşdirilən kuzovu ilə fərqlənəcəkdir.
İlkin məlumatlara görə, Huracan STO modeli Huracan EVO superkarından 150 kiloqram yüngül olacaq və xüsusi şassi tənzimlənməsi və daha səmərəli əyləc sistemini alacaqdır. Kapotun altında 5.2-litrlik V10 qalacaqdır. Güc qurğusunun tam ötürməli Performante versiyasında olduğu kimi, 640 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edəcəyi ehtimal edilir. Yarış Huracan Super Trofeo modelindən fərqli olaraq, STO kupesinin ümumi yollara çıxışı olacaqdır.
Huracan STO modeli 700 ədəddən ibarət məhdud saylı tirajla buraxılacağı deyilir. Yeni Lamborghini ilə bağlı bütün detallar 18 noyabr tarixində açıqlanacaqdır.
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir












