"Range Rover"in 50 illik yubileyinə xüsusi parça hazırlandı - FOTO

Land Rover şirkətinin baş dizayneri Cerri MakQovern, Londondakı məşhur Sevil-roudda yerləşən Henry Poole & Co atelyesi ilə birlikdə xüsusi damalı parça hazırlayıblar. Bu parçanın rəngəli 1970-ci ilin orijinal Range Rover modelindən ilham alınaraq yaradılmışdır. Somersetdəki fabrikdə yalnız 120 metrlik parça toxunacaq, sonra isə bu parçadan 50 eksklüziv pencək tikiləcəkdir.

Klassik dog-tooth naxışı olan yun parça Fox Brothers & Co Ltd toxuculuq fabrikində hazırlanır. Şirkət 1772-ci ildən bəri fəaliyyət göstərir və İngiltərədə fəaliyyəıt göstərən az sayda geyim istehsalçılarından biridir. Cəmi 120 metr parça toxunub - Henry Poole & Co şirkətindən bu parçanın 50 pencək üçün kifayət edəcəyi bildirilib. Parçanın naxışları orijinal Range Rover xatırladacaqdır. Bunun üçün, 1970-ci ilin ofrouderinin palitrasındakı rənglərdən istifadə olunur: Tuscan Blue, Bahama Qgold və Davos White.

Son 35 ildə ərzində ilk dəfədir ki, eyni çalarlardan 1970 nüsxədə buraxılacaq Range Rover Fifty modelinin rənglənməsi üçün istifadə ediləcəkdir. Yubiley nəşri (bu il Range Rover 50 yaşını qeyd edir) Autobiography versiyasına əsaslanır, lakin kuzovun tünd Auric Atlas haşiyələri, unikal dizaynı olan 22-düymlük təkər diskləri və "əllə yazılan" Fifthy emblemləri, həmçinin salondakı xatirə lövhələri ilə fərqlənir. Eyni zamanda, Range Rover Reborn proqramı çərçivəsində, şirkət klassik ofrouderləri bərpasını təklif edəcəkdir.


![]()
![]()
![]()
![]()
Bunun üçün, Land Rover Classic bölməsinin orijinal ehtiyat hissələrindən istifadə edəcəkdirlər. Avtomobil üzərində işləyərkən mütəxəssislər modelin autentikliyini maksimal dərəcədə qorumağa çalışacaqdırlar. Tam bərpa prosesindən keçmiş ofrrouderlər ilkin spesifikasiyaya tam uyğun olacaqdırlar. Land Rover nümayəndələri bütün işlərin dəyərini minimum 145.000 funt sterlinq olaraq qiymətləndiriblər. Eyni zamanda, yaxşı vəziyyətdə olan klassik avtomobili 69 min avroya almaq olar.
"Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB
ABŞ-də avtomobillər rekord BAHALAŞDI
Hörmüz böhranı: Avtomobil istehsalçıları müştərilərini itirəcək
Bu elektromobil ehtiyacından çox elektrik hasil edir - FOTOLAR
Bu avtomobillərin arxa kamerasında problem aşkarlanıb – Rəsmi AÇIQLAMA
Bu markaların traktorları da var imiş - "Porsche", "Lamborghini" - FOTOLAR
Çin avtomobillərində mühərrikin kiçik olmasının SƏBƏBİ BU İMİŞ
Dünyanın ən böyük elektrikli yük maşını təqdim edildi – 25 dəqiqəyə 90 faiz enerji yığır
Bu avtomobilin rekordunu 110 ildir yenilənmir - FOTO
İlk elektrikli "Ferrari"nin qiyməti ŞOKA SALDI
Elektrikli avtomobil bazarında liderlər dəyişir? – STATİSTİKA












