Land Rover V8 mühərriki ilə təchiz edilmiş Defenderin sınaqlarına başlayıb

Land Rover şirkəti V8 mühərriki ilə təchiz edilmiş yeni Defender modelinin sınaqlarına başlayıb. Əvvəllər belə mühərriklə yalnız birinci nəsil Defender modelinin Works V8 70th Edition kolleksiya versiyası təchiz edilirdi. İndi isə, V8 mühərriki ilə təchiz edilmiş ofrouderin "kütləvi" olmaq şansı vardır.
Keçən ilin oktyabr ayında, Land Rover şirkətinin BMW X5 M modelindən götürülmüş 4,4-litrlik V8 biturbo mühərriki ilə təchiz edilmiş Defender modelini hazırladığı barədə məlumat peyda olmuşdu. Bavariya krossoverində bu aqreqat 600 at qüvvəsi (750 Nm), modelin Competition indeksli variantındə isə, 625 at qüvvəsi hasil edir. "Def" üçün mühıərrikin hasilatının 500 at qüvvəsinə qədər azaldılması planlaşdırılmışdı.

Bununla belə, "Autocar" nəşrinin bildirdiyinə görə, Land Rover şirkətinin Heydondakı zavodunun yaxınlığında aşkar edilmiş prototipin kapotunun altında 5,0-litrlik V8 mühərriki quraşdırılıb. Çox güman ki, bu, Range Rover Sport SVR modelində quraşdırılmış mühərrikin eynisidir.
Kompressorla təchiz edilən benzin mühərriki 575 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edir. Lakin, Defender modelinə qismət olacaq mühərrikin bənzər göstəricilər ilə öyünmək şansı çox azdır.

Land Rover Defender modelinin 70 illik yubileyi şərəfinə buraxılmış Works V8 70th Edition versiyası 405 at qüvvəsi və 515 Nm fırlanma anına malik olan 5,0-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilirdi. Kolleksiya ofrouderi 100 km/saat həddini 5,6 saniyəyə toplayırdı. 2,2-litrlik dizel mühərriki ilə təchiz edilmiş ofrouderə 100 km/saat həddinə sürətlənməyə 16 saniyə gərək idi.
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












