Land Rover yığcam krossover hazırlayır - FOTO

Land Rover şirkəti kompakt krossoverlərseqmentinə ayaq aça bilər. Which Car portalı, yeni yığcam krossoverin yeni nəsil Land Rover Defender modelinin modul platformasının qısaldılmış versiyasında inşa ediləcəyini, həmçinin BMW X1 və Mercedes-Benz GLA modelləri ilə rəqbaətə girişəcəyini iddia edir.
İlkin məlumatlara görə, krossoverin Defender modelinin üslubunda dizayna sahib olacaq, yalnız beşqapılı versiyada təklif ediləcək, üç və dörd silindrli mühərriklər ilə təchiz ediləcəkdir. Bundan başqa, hybrid modifikasiyanın buraxılması ehtimalı da mövcuddur. Standart olaraq, krossover ön ötürmə ilə təklif ediləcəkdir. Tam ötürməni isə əlavə ödəniş müqabilində əldə etmək mümkün olacaqdır.
Modelin təxmini qiyməti də məlumdur - təxminən 25 min funt sterlinq (54,5 min manat). Müqayisə üçün, İngiltərədə Defender 90 modelinin qiyməti 40,3 min funt sterlinq (87,8 min manat) təşkil edir.
"Bala Defenderin" peyda olacağı barədə məlumatlar 2019-cu ilin sonunda peyda olub. O zaman, yeni modelin Land Rover 80 adlandırılacağı və 2021-ci ildə satışa çıxarılacağı söylənilirdi. (Fins.az)
Nazim Nadiroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












