"Lexus UX" modeli "qara" versiyaya sahib olub - FOTO

Lexus markasının ən yığcam modeli olan UX krossoveri Black Line Special Edition adlı xüsusi versiyada təklif ediləcəkdir. Adi UX modelindən fərqli olaraq, “qara” seriyadan olan krossoverlər xüsusi kuzov rənglərinə, qara tərtibat elementlərinə, salondakı orijinal dekora və xüsusi dizaynlı 18-düymlük təkər disklərinə sahib olub.
Lexus UX Black Line Special Edition modelinin əsas cəhəti tamamilə kuzov rənginə boyanmış təkər tağlarının genişləndiriciləridir. Məlum olduğu kimi, adi UX modelində bu elementlər rənglənməmiş qara plastikdəndırlər.

Lexus UX Black Line Special Edition modelinin rəng palitrası üç boya ilə məhdudlaşır - Eminent White Pearl, Caviar və Grecian Water. Ayrıca, "qara" krossoveri tündləşdirilmiş işıq texnikası, qara rəngli reylinqlər, yan güzgüləri və radiator barmaqlığı ilə də seçilir.
Black Line Special Edition seriyasından olan krossoverlərin salonunda mavi-bənövşəyi tərtibatı olan ön paneli və dirsəkaltıları, habelə seçilən rəngə malik olan təhlükəsizlik kəmərləri və kilimləri görmək olar. Lexus xüsusi versiyanın alıcılarına Zero Halliburton çamadanlarını hədiyyə edəcəklər.

Black Line Special Edition yalnız hibrid güc qurğusu ilə təhiz edilmiş Lexus UX 250h krossoveri üçün nəzədə tutulub. "Qara" krossoverlərin tirajı 1000 nüsxə ilə məhdudlaşır. Bu seriyadan olan krossoverlərin çatdırılmasına 2021-ci ilin yazında başlanacaqdır. (Autograph)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












