"Mansory"dən nadir "Mercedes G63 AMG" - FOTO

Almaniyanın tüninq atelyesi “Mansory” zəngin Yaxın Şərq ölkələrinin müştəriləri üçün nadir “Mercedes G 63 AMG Sahara Edition” hazırlayıb. Avtosfer.az auto.az-a istinadən məlumatına görə, “Mansory” atelyesi ilk dəfə deyil ki, yolsuzluq avtomobilini təkmilləşdirirlər. Lakin bildiyiniz kimi, ərəb sifarişçilər daha tələbkar olurlar.

Onları təkcə karbon və xromlaşdırılmış qaz buraxma boruları ilə təəccübləndirmək mümkün deyil, onlara məxsusi və əlbəttə, çox bahalı bir yenilik verəsən.

“Mansory” mühəndislərinə ərəb sifarişçilərin zövqləri barədə məlumatlandırmaq lazım deyil, onlar bunu yaxşı bilirlər. Buna görə də, avtomobil belə rəng və şahin təsviri olan interyer alıb. Bildiyiniz kimi, ərəblər şahinləri çox sevirlər.

Ənənəvi olaraq, almanlar mümkün bütün yerlərdə karbondan istifadə ediblər. Karbondan kapot, radiator barmaqlığı, qabaq və arxa bamperlər, təkər arkaları və kandarlar hazırlanıb. Daha çox effektivlik üçün damda əlavə 4 fənər quraşdırılıb, avtomobil 22-düymlük təkər disləri, aşağı profilli 305/35 ölçülü şinlər alıb.

5,5-litrlik tvin-turbo “səkkizlik” üzərində də ciddi iş aparılıb. Mühərrik yeni porşnlər, şatunlar, kolenval alıb, həmçinin paslanmayan poladdan idman qaz buraxma sistemi quraşdırılıb. Nəticədə, avtomobilin gücü 544-dən 828 a.g.-ə, fırlanma anı isə 760-dan 1000 Nm-ə qədər artdı.

Əlbəttə, bu işlər avtomobilin qiymətini çox artırıb. Daha dəqiq desək, bu “Gelenvagen”-ə görə almanlar 770 min avro istəyirlər.
Almaniyanın avtomobil sənayesində məşğulluq səviyyəsi 5,8 faiz azalıb
Aİ-dən avtomobil sahəsində radikal dəyişiklik: Təkrar emal məcburiləşdirilir
“Tesla” bu problemə görə 20 mindən çox avtomobili geri çağırır: Səbəbi isə bu imiş
Loqo dəyişdi, müştərilər üz döndərdi
Çaylar quruyur, Hitler dövrünün maşınları üzə çıxır
Dünyanın ən böyük detal istehsalçıları
Cəmi 20 ədəd istehsalı olunmuş avtomobilin hamısını bir ailə aldı
Yeni “Bugatti” belə olacaq - FOTOLAR
Çin tarixinin ən böyük elektromobil partiyası yola salındı
Nadir "Porsche" rekord qiymətə satıldı - FOTO
Çində yeni rüsum: Elektromobillər bahalaşacaqmı










