Maşın üçün təkər seçərkən nəyə diqqət etməliyik? - QAYDALAR

Yeni və ya istifadə olunan təkərlər alarkən, hər bir sürücü avtomobil təkərinin kənarındakı bəzi işarələrin mənasını bilməlidir.
Küncü yuxarı istiqamətlənən kiçik bir üçbucaq – təkərin eyni ölçüdə aşınmasının göstəricisi adlanır. Diqqətinizi təkərin yan tərəfində yerləşən bu işarənin ən vacib işarələrdən biri olduğuna yönəltmək istəyirəm.
Bu göstərici ən çox rezin yan tərəfində yerləşir və bir-birindən eyni məsafədə yer alır.
Bu vəziyyətdə üçbucaq rezinin protektorunun üst qatına yönəldilmişdir. Rezinin üstündəki üçbucaq boyunca, avtomobil təkərlərinin nə qədər köhnəldiyini müəyyənləşdirən bir xətt var.
Bu göstərici ümumiyyətlə nəyə görə mövcuddur?
Məsələ burasındadır ki, istifadə olunan rezin alarkən satıcının "təkərin yalnız bir mövsüm istifadə olunduğunu" deməsinə inanmaq həmişə mümkün olmur.
Təkərlərin nizamlanması (razval) pozularsa, təkərin qeyri-bərabər aşınması baş verir. Üst protektordakı göstərici bərabər olsa da, yan tərəfdə isə artıq silinibsə, belə rezini istifadə etmək olmaz.
Bundan əlavə, bəzi rezin istehsalçıları öz göstəricilərini qeyd edirlər. Rəqəmləri birbaşa protektorun üst qatına həkk edirlər. Satınalma zamanı onları tapmadınızsa, o zaman belə rezini daha istifadə etmək tövsiyə edilmir.
Təkərləri seçərkən və yolda diqqətli olun.
Hazırladı: Natiq Nazimoğlu
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR












