Mazda CX-5 və CX-8 modellərini yeniləyib - FOTO

Mazda CX-5 krossoveri bu günə qədər, adi yenilənmədən keçməyib, lakin şirkət qısa aralıqlarla modelin xırda modernizasiyasını həyata keçirir. Bu dəfə Mazda şirkəti Yaponiya bazarı üçün təkmilləşdirmələr kompleksini təqdim edib. Bu ailəyə Black Tone Edition versiyası əlavə olunsa da, CX-5 modelinin zahiri görkəmi demək olar ki, dəyişməyib.
Ən vacib yenilik – 8,8 və ya 10,25 düymlük (konfiqurasiyaya görə) genişformatlı ekranı olan Mazda Connect mediasistemidir. Sisitemin smartfonlarla işləmək üçün gərək olan imkanları və onlayn funksionallığı da genişləndirilib.
Texniki dəyişikliklər də var. 2,2-litrlik Skyactiv-D turbodizelinin hasilatı 190 at qüvvəsi və 445 Nm-dən 200 at qüvvəsinə və 450 Nm fırlanma anına qədər artırılıb. Yaponiyada təklif edilən benzin mühərrikləri çeşidi eynidır: 156 at qüvvəli 2,0-litrlik, 188 at qüvvəli 2,5-litrlik və 230 at qüvvəli 2,5-litrlik turbomühərrik. Altı pilləli "avtomat" da dəyişdirilib: akseleratora kəskin basdıqda, elektronika daha yeyin aşağı pilləyə keçir.
Eyni zamanda, CX-5 modelinin üç oturacaq sırası ilə təchiz edilmiş 4,9 metrə qədər uzadılmış versiyası olan Mazda CX-8 krossoveri də oxşar proqram çərçivəsində yenilənib. Mazda CX-8 modeli rəsmi olaraq bəzi Asiya ölkələrində satılır və bu ölkələrdə təklif edilməyən tamölçülü CX-9 modelini əvəz edir. CX-8 krossoverinin mühərrik çeşidi CX-5 modeli ilə eynidir – yegənə istisna ən zəif 2,0-litrlik mühərrikdir.
Bundan əlavə, ən zəngin Exclusive Mode təchizat səviyyəsinə malik olan CX-8 krossoveri, sadə versiyalardan eksteryer tərtibatı ilə fərqlənir. Bunlara misal kimi, torşəkilli radiator barmaqlığı, ön bamperdəki və kandarlardakı xrom işləmələr, habelə yeni 19-düymlük təkər disklərini göstərmək olar. Belə avtomobillər ikinci sıradakı elektriklə tənzimlənən iki fərdi oturacaq və onların arasında yerləşən konsola malikdirlər. Nəhayət, baqaj qapağının elektrik ötürməsini aktivləşdirmək üçün, arxa bamperin altında ayağı gəzdirmək kifayət edir.
Yenilənmiş krossoverlər artıq Yaponiyadakı dilerlər salonlarında peyda olub. Mazda CX-5 modeli 26 min dollardan, CX-8 krossoveri isə 29 min dollardan başlayan qiymətlərlə satılır.
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı




















