Mazda3 yenilənib: bir də belə görün - FOTO

Yaponiyada 2021-ci model ilinin Mazda3 ailəsi debüt edib. Mazda3 modelləri yenidən işlənmiş asqı sisteminə və güc artırılmış SkyActiv-X mühərrikinə sahib olublar Yenilənmiş modelin digər ölkələrdə nə zaman satışa çıxarılacağı barədə məlumat verilməyib.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Mazda3 modelində baş vermiş əsas yenilik, kəmərli kompressoru və mülayim M Hybrid hibrid sistemi olan 2,0-litrlik Skyactiv-X 2.0 mühərrikidir. Mühəndislər aqreqatın gücünü 180-dən 190 at qüvvəsinə, fırlanma anını isə 224-dən 240 Nm-ə qədər artırmağa müvəffəq olublar. 1,8-litrlik Skyactiv-D turbodizel də təkmilləşdirilib: onun hasilatı 116-dan 130 at qüvvəsinə qədər yüksəldilib. Fırlanma anı dəyişilməyib - 270 Nm.
Digər dəyişikliklər arasında təkmilləşdirilmiş yaylar və amortizatorlar, habelə adaptiv kruiz-kontrolun fəaliyyət sürətindəki artımdır. Əlavə olaraq, 156 at qüvvəli 2,0-litrlik Skyactiv-G benzin mühərriki ilə təchiz edilmiş ön ötürməli modifikasiyalar üçün altı pilləli mexaniki transmissiya da təklif edilir.



Yaponiyada yenilənmiş Mazda3 modelinin qiymətləri 2,2 milyon yendən başlayır: bu qiymətə 111 at qüvvəsinə malik olan 1,5-litrlik Skyactiv-G mühərriki ilə təchiz edilmiş modeli almaq olar.
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək











