McLaren yeni hibrid superkarın adını açıqlayıb - FOTO

Gələn il debüt edəcək McLaren şirkətinin yeni hibrid superkarı Artura adlandıracaqdır. Şirkət üçün yeni superkar həm də High-Performance Hybrid (HPH) sinifinin ilk seriya avtomobili, həm də yeni ailənin banisi olacaqdır.
İstehsalçının gərəcək modelin prototipinin şəkillərini dərc etməsinə baxmayaraq, McLaren Artura modeli haqqında geniş məlumat verilmir. Superkar McLaren Composites Technology Center (MCTC) tərəfindən hazırlanmış və layihələndirilmiş yeni McLaren Carbon Lightweight Architecture (MCLA) arxitekturası üzərində qurulacaq və yeni V6 biturbo mühərrikinin əsasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.
Altısilindrli mühərrikin hasilatı hibrid olmayan V8 mühərrikləri ilə eyni səviyyədə olacaq, lakin bonus olaraq, alıcılar aşağı dövrələrdən əlçatan olan yaxşılaşdırılmış dartmanı və elektrik ötürməsi ilə hərəkət etmə qabiliyyətini əldə edəcəklər. İlkin məlumata görə, daxili yanma mühərriki işə salınmadan, McLaren Artura modeli təxminən 32 kilometr məsafə qət edə biləcəkdir. Hibrid superkar yeni ailənin başlanğıc modeli rolunu öz üzərinə götürəcək, ən azında McLaren 540C modelini əvəz edəcəkdir.
Şirkət, P1 və Speedtail modellərinin yaradılması zamanı əldə etdiyi bütün təcrübəni yeni superkarda tətbiq edəcəyini bildirib. Bu, yeni superkarın texnoloji cəhətdən ən mütərəqqi McLaren modellərindən biri olacağına işarə edir. Artura modelinin dünyavi təqdimatı yaxın aylarda baş tutmalıdır


ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












