Məmur övladlarının milyonluq “oyuncağı”: “Galendwagen” - FOTO

Son illərdə daha çox piyadaların vurulması, eyni zamanda kobud qayda pozuntuları ilə gündəmə gələn, xalq arasında “Galendwagen” kimi tanınan “Mercedes G 63 AMG” modeli papulyarlıq qazanıb. Daha çox məmur övladlarının və biznesmenlərin istifadə etdiyi bu avtomobil qiymətləri ilə də “əl yandırır.”
Belə ki, 2020-ci il istehsalı olan avtomobilin qiymətləri 250-400 min dollar arasında dəyişir. Burada avtomobilin paramentləri və xüsusiyyətləri nəzərə alınıb. Maraqlıdır ki, təxminən yarım milyon manat dəyərində olan bu maşını alanların bəziləri hələ üstünə pul da qoyur. Məsələn avtomobilin salon rəngi, oturacaqları və s. müştərinin “zövqünə” uyğun olmur. Bu zaman maşın yenidən istehsal zavoduna geri göndərilir və istəklər yerinə yetirilir. Bu isə təxminən 30-50 min dollar məbləğ deməkdir.
Təsəvvür edin ki, bir, hətta iki avtomobilin pulu yalnız hansısa “xoşa gəlməyən” yerin dəyişdirilməsinə xərclənir. Bütün bunlar isə yalnız göstəriş üçündür. Filaknəsin maşınında bu var, məndə yoxdur prinsipi ilə bəlkə də illərdir sadə bir maşın almaq arzusunda olan insanların xəyal edə bilməcəyi məbləğlər xərclənir.
Fərid
Diler mərkəzlərinə kiberhücum – DƏLƏDUZLUQ KÜTLƏVİLƏŞƏ BİLƏR
Daha güclü mühərrik və yeni dizayn: Təkmilləşdirilmiş "Niva Bronto" istehsala buraxıldı
“Tesla” uça bilən avtomobilini təqdim etdi - VİDEO
“Volkswagen” konserni model sayını yarıbayarı azaldır
Çin xarici bazarda möhkəmlənmək istəyir - Ekspert
“Porsche”nin satışında onillik minimum
Çin bazarı üçün hazırlanmış maşınların ixracı qadağan edilir
Avtomatik maşını mexanika kimi idarə etmək mümkün olacaq – YENİLİK
Çinin qlobal avtomobil bazarında payı azalır
Elektromobilə görə istehsalçıları milyardlarla ölçülən zərəri
"Tesla" yeni modelin təqdimatını təkrarən təxirə saldı























