Mercedes-Maybach GLS daha sərfəli versiyaya sahib olub - FOTO

İlk Maybach krossoveri bir il əvvəl yeganə modifikasiyada debüt edib. Mercedes-Maybach GLS 600 modeli 558 at qüvvəsi və 730 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. Lakin, bu günlərdə dəbdəbəli krossover Mercedes-Maybach GLS 480 adlı daha sadə versiyada təklif edilməyə başlayıb. Yeni modifikasiya, mühərrikin həcminin və gücünün o qədər də böyük əhəmiyyət kəsb etmədiyi Çin bazarında satılacaqdır.
Milli.Az autograph.az-a istinadən bildirir ki, Mercedes-Benz GLS modelinin çeşidində hələ də GLS 480 indeksli versiyası yoxdur. Buna baxmayaraq, "sadə" Maybach modelinin güc aqreqatı Mercedes-Benz GLS 450 krossoveri ilə eynidir - bu, 367 at qüvvəsi və 500 Nm fırlanma anına malik olan 3,0-litrlik sıralı altısilindrli benzin mühərrikidir.
Üstəlik, 22 at qüvvəsi və 250 Nm fırlanma anı hasil edən və 48 voltluq elektrik şəbəkəsindən işləyən startyor-generatordan ibarət olan EQ Boost sistemi də mövcuddur. Bu sistem sürətlənmənin ilk anlarında daxili yanma mühərrikinə kömək edir, eyni zamanda start-stop sisteminin bir hissəsi kimi benzin mühərrikini tez bir zamanda işə sala bilir.
"Sadə" Maybach krossoveri yerindən 100 km/saat həddini 6,6 saniyəyə toplayır. Xatırladaq ki, Maybach S600 modeli bu işə 4,9 saniyə sərf edir. Eksteryer tərtibatı və avadanlıq baxımından hər iki versiya tamamilə eynidir. Ancaq baza mühərrikinin seçimi qiyməti 25% azaltmağa imkan verir: Çində GLS 480 modelinin qiyməti 240 min dollardlr, GLS 600 modeli isə, 328 min dollardan satılır.
Çox güman ki, "sadə" Maybach digər bazarlarda təklif ediləcəkdir. Nəzərə alsaq ki, əvvəlki nəsil Mercedes-Maybach S-Class sedanı ilk zamanlarda yalnız V12 mühərriki ilə təklif edilsə də, sonradan V8 və V6 mühərrikləri olan versiyalar qlobal model çeşidinə sakiutcə əlavə edilmişdi.




ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












