Məşhur avtomobil şirkətinin prezidenti istefa verdi

Ford Motor şirkəti ən yüksək səviyyədə kadr dəyişikliklərinin baş verdiyini açıqlayıb: şirkətin prezidenti və baş direktoru 65 yaşlı Cim Hakett hər iki vəzifədən istefa verəcəkdir. Onu şirkətin hazırkı icraçı direktoru 58 yaşlı Cim Farli əvəzləyəcəkdir. Farli vəzifələrinin icrasına 1 oktyabr tarixində başlamalıdır.
Son üç ildə Ford şirkətinin yeni strategiyası üzərində birlikdə işləyən Hakett və Farli, keçid dövründə də sıx şəkildə işləməyə davam edəcəklər. Eyni zamanda, Hakett şirkətdən yalnız 2021-ci ilin mart ayında ayrılacaqdır. Buna qədər isə o, xüsusi məsləhətçi vəzifəsini icra edəcəkdir.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Ford şirkətindən Cim Hakettin rəhbərliyi ilə şirkətin "ağıllı avtomobillərin yeni dövrünə qədəm qoyduğunu", müştərilərin istək və ehtiyaclarına daha çox diqqət yetirməyə başladığını, həmçinin əməliyyatların yenidən qurulması, məhsul xəttini yenilənməsi və bürokratiyanın azaldılması sayəsində işinin səmərəliliyinin artırıldığını qeyd ediblər. İdarə heyətinin sədri Bill Ford Cim Hakettə verdiyi töhfələrə görə təşəkkür edib. O, xüsusi olaraq, Hakettin Mustang Mach-E, yeni F-150 və Bronco modellərinin debütündə və elektrokarların, avtonom nəqliyyat vasitələri üçün real planlar hazırladığını vurğulayıb.
Cim Farli
Cim Farli Ford şirkətinə 2007-ci ildə Marketinq və satış şöbəsinin rəhbəri olaraq qatılıb. Sonradan o, Lincoln, Ford şirkətinin Cənubi Amerika və Avropa bölmələrinə rəhbərlik edib. Farli həm də bütün dünya bazarlarına da nəzarəti həyata keçirib. 2019-cu ilin aprelində Farli proqram təminatı, süni intellekt, avtonom idarəetmə və alternativ güc qurğularına cavabdeh olan qrupa rəhbərlik edib və 2020-ci ilin fevral ayında baş icraçı diektor vəzifəsinə təyin edilib. Hələlik, onu kimin əvəzləyəcəyi dəqiqləşdirilməyib.
Çin şirkəti yeni elektromobilini təqdim etdi – 9 dəqiqəyə tam şarj - FOTO
Elektromobillərin batareyasında yeni texnologiya - 9 dəqiqəyə tam şarj mümkün olacaq – RƏSMİ
Pekin avtomobil sərgisi açılır: 181 PREMYERA, 71 KONSEPTUAL MODEL
Moped və motosiklet sürücülərinin hazırlanması və təhlükəsiz idarəetmə qaydaları necə olmalıdır? - AÇIQLAMA
Avropada elektromobil satışında rekord; martda yarım milyonu keçib - RƏSMİ
Rusiyada təzad: ucuz modellər satılmır, lüks maşın bazarı böyüyür
Bu ilin ilk rübündə dünyada avtomobil istehsalı azalıb - RƏSMİ
Bu marka avtomobillərin antifrizinə nəzarət edin; qüsurlar ortaya çıxa bilər – AVTOMOBİL USTASI
Avtomobil alarkən kondisioneri necə yoxlamalı? - FOTO
Tramp avtomobil şirkətlərinin istəyini rədd etdi; güzəşt olmayacaq - RƏSMİ
Yağışlı havada elektrikomobil sürmək təhlükəlidirmi? - Ekspert real vəziyyəti AÇIQLADI








