Məşhur boksçu 4,85 milyon dollara maşın aldı - FOTO

Dünyanın ən varlı boksçusu, amerikalı Floyd Meyvezer İsveçdə istehsal olunan Koenigsegg CCXR Trevita superkarını alıb.
Avtosfer.az xəbər verir ki, 38 yaşlı boksçu dünyada yalnız 3 ədəd olan bu avtomobil üçün 4,85 milyon dollar verib.
Koenigsegg CCXR Trevita-nın kuzovu üzəri bərq vuran almazlarla örtülmüş ağ karbohidrogen liflərdən hazırlanıb.
Çəkisi 1280 kq olan, mühərriki etanol və benzin qarışığı ilə işləyən avtomobil 100 km/saat sürəti 2,9 saniyəyə əldə edir. Maşının maksimal sürəti 402 km/saatdır.
Floyd Meyvezerin "oyuncaqlarım" dediyi təyyarə və avtomobillər kolleksiyasının dəyəri 35 milyon dollardır.
Bu kolleksiyada Ferrari 599 GTB Fiorano, Porsche 911 Turbo S, Lamborghini Aventador, 2 Ferrari 458 Spider, Bugatti Grand Sport, 2 Bugatti Veyron, Ferrari Enzo, Rolls-Royce Wraith və Rolls-Royce Phantom, Bentley Continental Flying Spur, habelə 5 Mercedes-Benz var.
"The Money" ləqəbli boksçu 2014-cü ilin iyunundan bəri 300 milyon dollar qazanıb.
O, may ayında filippinli Menni Pakyao ilə qarşılaşmada qələbəyə görə 280 milyon dollar almışdı.
38 yaşlı boksçu peşəkar rinqdə 48 döyüşdə 48 qələbəyə nail olub.

ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












