"Mitsubishi Motors"un xalis zərəri 2 mlrd. dollara çatıb

Yaponiyanın "Mitsubishi Motors" avtomobil konserni 2020-2021 maliyyə ilinin birinci yarısını bir il əvvəlki mənfəətə qarşı 209,884 mlrd. yen (təxminən 2 mlrd. ABŞ dolları) məbləğində xalis zərərlə başa vurub.
Avtosfer.az-ın Fins.az-a istinadən məlumatına görə, bu barədə şirkətin maliyyə hesabatında deyilir.
Şirkətin bir səhm üzrə baza zərəri ötənilki 1,75 yen (0,02 dollar) mənfəətə qarşı 141,02 yen (1,35 dollar) təşkil edib. Avtomobil konserninin gəliri isə illik ifadədə 2 dəfə azalaraq 574,87 mlrd. yen (5,5 mlrd. dollar) olub.
2021-ci ilin martın 31-də bitən cari maliyyə ilinin nəticələrinə görə, şirkət xalis zərərin 360 mlrd. yen (3,4 mlrd. dollar), gəlirin isə 1,48 trln. yen (14 mlrd. dollar) olacağını gözləyir. İyul ayından bəri proqnoz dəyişməyib.
Xatırladaq ki, "Mitsubishi Motors" 1954-cü ildə təsis olunan "Mitsubishi Corp."a daxildir. Korporasiya enerji, metallurgiya, maşınqayırma və istehlak malları sektorlarında aktivlərə malikdir və 80-dən çox ölkədə fəaliyyət göstərir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












