Mövsümi təkərləri dəyişdirərkən buraxılan səhvlər - Bunlara diqqət EDİN
Avtodünya
27 Oktyabr 2020 13:00

Uzun müddət saxlanıldıqdan sonra hər bir təkərin bütünlüyü və aşınması, həmçinin ehtiyatsız demontaj zamanı zədələnmə ehtimalı yoxlanılmalıdır. Mövsümi təkərləri dəyişdirərkən köhnəlmiş və qüsurlularının quraşdırılması buraxılan səhvlər siyahısında ilk yerdədir. “RİA Novosti”nin məlumatına görə, Rusiyanın “Za Rulem” (“Sükan arxasında”) jurnalının mütəxəssisi Vladimir Solovyov belə deyib.
Onun sözlərinə görə, təkər disklərinin korroziya və zədələnmə halları da nəzərə alınmalıdır:
“Çünki əks təqdirdə bu, hermetikliyin pozulmasına gətirər, bu isə mütəmadi olaraq təkəri doldurmalı olacağınız mənasına gəlir”, - deyə mütəxəssis əlavə edib.
O, təkərlərin “quru” montajını da səhv adlandırıb. Solovyov təkərin çarxa montajı zamanı müvafiq pastadan istifadə edilməli olduğunu vurğulayıb. “Bununla belə heç bir halda “litol” tipli konsitent sürtgüləri və ya motor yağları istifadə edilməməlidir, çünki onlar rezini aşındırır”, - deyə Solovyov əlavə edib.
Digər səhv təkərlərin protektor modelinə düzgün quraşdırılmasıdır. “Əlavə olaraq, təkərlərin təzyiqi yoxlanılmalıdır. Bu, insan orqanizmində təzyiqin önəmindən heç də az əhəmiyyət daşımır”, - deyə mütəxəssis xəbərdarlıq edib.
Digər bir səhv təkər balanslaşdırma ehtiyacını nəzərə almamaqdır. Mütəxəssisin fikrincə, ehtiyatlı sürməklə balanslaşdırmada qənaət ediləcəyini düşünmək səhvdir, çünki təkər köhnəldikcə hissələrin hər birinin çəkisi dəyişir, bu da tarazlığın pozulmasına səbəb olur.
Son səhv təkərdə boltların və qaykaların düzgün bərkidilməməsidir. Mütəxəssis onları sıxarkən dinamometrik açarın istifadəsinin vacibliyini vurğulayıb. “Ancaq təkər boltlarını yağlamaq olmaz, çünki hərəkət zamanı o, müstəqil şəkildə açılıb düşə bilər”, - deyə Solovyov sözlərini yekunlaşdırıb.
Oxunub : 2340
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 10:00
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
ŞƏRH YAZ












