New York avtosalonu koronavirus səbəbindən təxirə salındı

Koronavirusun yayılması səbəbindən sərginin tarixi New York Motor Show təşkilatçıları tərəfindən rəsmi olaraq dəyişdirildi. Əvvəlcə şounun aprelin 10-dan -19-dək keçirilməsi nəzərdə tutulurdu. Lakib, indi yeni tarixlər açıqlanıb - 28 avqust - 6 sentyabr.
"Ziyarətçilərimizi və iştirakçılarımızı koronavirusdan qorumaq üçün bu cür fövqəladə tədbirlər gördük" qeyd etdi, New York Auto Show-a sahib olan və fəaliyyət göstərən təşkilatın prezidenti Mark Schinberg. "Son tarixləri təxirə salmaq qərarı asan deyildi, lakin əsas prioritetimiz bu tarixi hadisənin bütün iştirakçılarının sağlamlığı və rifahıdır."
Bu, koronavirus Covid-19-un təsiri altına düşən ikinci böyük beynəlxalq avtosalondur. İsveçrə hökuməti mindən çox insanın iştirak etdiyi sərqinin keçirilməsini qadağan etdiyi üçün Cenevrə avtosalonu ləğv edildi.
Son məlumata görə, ABŞ-da mindən çox insan koronavirusa yoluxmuş, 31 nəfər ölmüşdür. Əksər hallarda Vaşinqton (279 yoluxmuş), Kaliforniya (178) və Nyu-York (173) ştatlarında aşkar edilmişdir.
Nazim Nadiroğlu
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












