Reklam

Nigar Camal: "Bizi Allah saxladı" - AÇIQLAMA

Avtodünya 16 İyul 2015 13:17 Oxunub 2864
Nigar Camal: "Bizi Allah saxladı" - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Eurovision" qalibi rəfiqələri ilə birlikdə qəzaya düşdü

"Eurovision 2011" qalibi Nigar Camal rəfiqələri ilə birlikdə avtomobil qəzası keçirib. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, qəza anını əks etdirən video sosial şəbəkədə yayılıb. Hadisə Quba yolunda yerləşən "Beşbarmaq" pirinə gedərkən yaşanıb. Avtomobilin içində əylənən qızlar videoselfi çəkərkən qəfildən baş verib. 

Sükan arxasında olan Şəms adlı xanım qəzanın baş vermə səbəbini belə açıqlayıb: "Mən ara məsafəni düzgün saxlamadım. Qarşıdakı maşın qəfildən əyləci basdı, sükanı qacırdım. Sürət çox olduğundan idarəetməni itirdim. Maşın yox vəziyyətindədir, qarşıdakı maşına heç nə olmadı".

Nigar Camal qəzadan sonra belə açıqlama verib: "Polis də bizə bu yolun çox təhlükəli olduğunu dedi. Bizı Allah saxlayıb ki, heç nə olmadı bizə. Onsuz da biz sabahı gün yenidən o yolla getdik və ziyarətə çatdıq".


Qəzanın baş verdiyi an


Nigar Camal "qəza videosuna" qədər həmin səfərdən video paylaşmışdı. 

Sözügedən video "Nigar Camal cəhənnəmdə yanacaq" adı ilə Youtube videoportalına yükləyənlərə avtomobili idarə edən Şəms adlı hicablı xanım belə cavab verib: "Mənə bir şey maraqlıdır, bu qədər kin insanlarda hardandır?! Hər şeyi qoyaq bir kənara, hər şeydən əvvəl bir candan söhbət gedir. İnsan bir "Allah kömək olsun" deyər. Təbii ki, insan.. Hər kəs bir cür baxdı bu məsələyə; kimisi dedi Allah cəzalandırıb. Şəxsən tanıyanlar dedi; "elədiyin yaxşı əməllər, olunan dualar saxlayıb səni". Allah deyən dilinə söyüş gətirməz. Əxlaqdan danışırsan, yazdığın cümlə söyüşdən ibarətdir. Mən arxada musiqiyə qulaq asıb, öndə günahdır demirəm. Kimsən sən məni mühakimə edirsən? Müqəddəssən? Səhvsizsən? Mən insanlardan yox, Allahdan qorxuram. Musiqiyə qulaq asıb, oynamaqdır məni cəhənnəmlik edən? Mən oğurluq etmirəm, haram yemirəm, kiminsə arxasınca danişmıram, zina etmirəm, heç kimin ailəsini dağıtmıram, it kimi insanları tutmuram, vicdanım rahat yatıb, dururam. Amma mənı mühakimə eləyib bəyənməyənlər, siz də özünüzə sual verin. Mən şükr eləyirəm Allaha. Elə bir qəzadan mənı sağ çıxartdı. Heç kimə heç nə olmadı. Qəza, hadisə hər birimizin başına gələ bilər! O "əcəb oldu" deyənlər, sabah sənə nə olacağını hələ bilmirsən. Amma görək sən mənim kimi xilas ola biləcəksən? O qədər bədbəxtsən ki, qəlbin kinlə bəslənib ki, üç gəncin həyatına əcəb oldu deyirsen. Mən yenə deyirəm, özümə haqq qazandırmıram, amma məncə sən də insan olaraq ozünü mühakimə elə. Sən mənim günahımdan xəbərdarsan, amma tövbəmdən yox. Qarğışla işim olmaz, amma Allaha tapşırdım".
Nigar Camalın avtomobil qəzası keçirməsi xəbərlərini anası Səidə Şahsuvarova təsdiqləyib. O, qızının və rəfiqələrinin səhhətinin yaxşı olduğunu bildirib. 


Qəzadan sonra çəkilən foto

ŞƏRH YAZ
Ad

E-mail

Şərh