“Niva”nın xüsusi “Black” seriyası satışa çıxacaq - FOTO

“Niva”nın xüsusi “Black” seriyası satışa çıxacaq
“Lada 4x4 Urban”ın “Black” seriyası istehsal ediləcək.
Avtosfer.az “AvtoVAZ News”a istinadən xəbər verir ki, yolsuzluq avtomobilin bu xüsusi seriyası məhdud sayda (“limited edition”) buraxılacaq.
Bildirilib ki, “Black” seriyasını digərlərindən qara kuzov, avtomobilin ön pərlərindəki loqotip və qara rəngdə təkər diskləri ilə fərqləndirmək mümkündür.
Avtomobilin interyerində də qara rəngə üstünlük verilib. Belə ki, bu rəngə maşının tavanı, əl tutacağı, günlüklər, həmçinin “ERA-QLONASS” blok sistemi boyanıb. Bundan başqa, oturacaqlara orijinal formada üz çəkilib, ön oturacaqlarda “Black” yazısı tikilib.
Məlumata görə, bu seriyanın qiyməti “Lada”nın standart komplektasiyasından təqribən 600-720 manat daha baha olacağı proqnozlaşdırılır.
Musa Qocazadə
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












