“Nurgün Group”a karantin rejiminin pozulmasına görə protokol yazıldı
Avtodünya
13 İyul 2020 15:43

“Nurgün Group” barədə inzibati protokol tərtib edilib. “Report” xəbər verir ki, şirkətlər qrupu İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmaması) maddəsi ilə tərtib edilən protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu inzibati xətaya görə, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.
Xatırladaq ki, 1994-cü ildə təsis edilən “Nurgün” Şirkətlər Qrupu “Nissan“, “İnfiniti”,” Ford” və “Reno” avtomobil brendlərinin Azərbaycanda rəsmi distribütorudur. “Kontinental” və “Ailə” supermarketlər şəbəkələrinin də daxil olduğu şirkətlər qrupunun ərzaq və qeyri-ərzaq məhsullarının istehsalı, inşaat, yükdaşıma və s. sahələrdə fəaliyyəti var.
Oxunub : 3702
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 10:00
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
ŞƏRH YAZ












