Opel yeni Mokka barədə məlumat verib

Opel şirkəti növbəti nəsil Mokka modeli barədə yeni məlumatı dərc edib. Hazırda krossoverin son sınaqları keçirilir. Opel Mokka modeli platformasını dəyişməklə yanaşı, 120 kiloqram "arıqlayıb" və tam ötürməsiz qalıb. Lakin, Mokka tamamilə elektrik ötürməsi ilə hərəkətə gələn versiyaya da sahib olacaqdır

Yeni məlumata görə, Mokka modelinin kuzovunun burulmaya qarşı sərtliyi 30% artıb, onun salonu isə əvvəlki nəsil krossoverlə müqayisədə daha sakit olub. Krossoverin Opel Corsa və Peugeot 2008 modellərinin əsaslandığı CMP platformasına keçid tam ötürmə sisteminin itirilməsi ilə nəticələnib.
Opel Mokka modelinin mühərrik çeşidinə 1,2-litrlik üçsilindrli turbomühərrik, 1,5-litrlik turbodizel və 136 at qüvvəsinə malik olan elektrik mühərriki daxil ediləcəkdir. Mokka elektrokarının bəyan edilmiş yürüş diapazonu 320 kilometrdir.

Növbəti nəsil Opel Mokka modelinin istehsalına bu ilin dördüncü rübündə başlanacaqdır. Elektrik variantı da daxil olmaqla, yeni krossoverilərin Avropadakı dilerlərə çatdırılmasına 2021-ci ilin əvvəlində başlanacaqdır.(autograph.az)
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












