"Porsche Boxster" modeli 25 illik yubileyini xüsusi seriya ilə qeyd edir - FOTO

Porsche Boxster modeli bu il 25 illik yubileyini qeyd edir: rodsterin ilk nəsli 1996-cı ildə buraxılıb. Bu münasibətlə istehsalçı rodsterin xüsusi Boxster 25 Years adlanan versiyasını hazırlayıb. Yubiley seriyasından olan rodsterlərin tirajı 1250 nüsxə ilə məhdudlaşdırılıb.
Boxster 25 Years modelinin dizaynı, 1993-cü ildə Detroit avtosalonunda nümayiş etdirilmiş Boxster Concept konseptindən ilham alınaraq yardılmışdır. Avtomobilin ən diqqətəlayiq cəhətlərindən biri də GT Silver Metallic kuzov rəngi ilə ziddiyyət təşkil edən, ön bamperə, yan havalandırma girişlərinə və 20-düymlük təkər disklərinə vurulan mis rəngli Neodyme haşiyələrdir.
Bundan başqa, yubiley rodsteri qara rəngli ön şüşə çərçivəsinə, buraxılış sisteminin çıxış borularının xrom ucluqlarına, qırmızı rəngli yumşaq dama, “Boxster 25” yazıları həkk edilmiş tünd qırmızı dəri salona, xüsusi versiyanın adı yazılmış kandar lövhələrinə, salondakı alüminium aksentlərə, qızdırılan GT dəri sükan çarxına və digər detallara sahib olub.
Boxster 25 Years modelinin standart təchizatına Sport Chrono dəsti, hündürlüyü 10 millimetr azaldılmış PASM asqısı və arxa oxdakı məhdud sürtünməli mexaniki differensial və PTV dartma vektoruna nəzarət sistemi daxildir. (Autograph)
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR
Çinin lüks elektromobilinin yanmasının səbəbi üzə çıxdı
Baş direktor: Lüks avtomobil sahibləri elektromobilə maraq göstərmirlər
Elektromobillər neft böhranlarının Çinə təsirini azaldır
“Mercedes” Almaniyadakı zavodunu bağlaya bilər
Hibrid və elektromobil ustaları üçün ekspert tövsiyələri
İş adamından Çin avtomobillərinin keyfiyyəti ilə bağlı xəbərdarlıq
Çin avtomobillərinin keyfiyyəti hökuməti də narahat edir
Volkswagen 76 illik avtomobil markasını bağlaya bilər – Qərar 3 il sonra veriləcək
Doldurulabilən hibridlər: Nəzəriyyə və təcrübədə ziddiyyət
















