Porsche retro üslubunda spidster hazırlayıb - FOTO

Porsche şirkəti 1950-ci illərin üslubunda dizayna malik olan spidsteri təqdim etməyə hazırlaşır. Yeni model haqqında məlumat azdır: istehsalçı idman avtomobilinin qaranlıq məkanda çəkilmiş şəkilləri ilə paylaşaraq, yeni spidsterin iki həftə ərzində Vaysaxdakı dizayn studiyası tərəfindən təqdim ediləcəyinə eyham vurub.
Porsche markasının Instagram şəbəkəsindəki maraq oyadan nəşrindən bir neçə saat sonra, İnternetdə iki bənzər şəkil peyda olub. Onlardan birində yeni spidster ön tərəfdən təsvir olunub, digərində isə naməlum hiperkar əks edilir.
Çox güman ki, on dörd gün ərzində Porsche şirkəti müxtəlif səbəblərdən ictimaiyyətə göstərilməyən və seriyaya girməyən prototiplər barədə təfərrüatları açıqlayacaqdır. Bunlardan biri də yuxarıda qeyd olunan retro dizaynlı iki nəfərlik spidster olacaqdır - Porsche stilistlərinin 550 Spyder modelinin müasir təfsiri üzərində işlədikləri istisna edilmir. Digər sirli yenilik, dözümlülük yarışlarında iştirak edən idman prototiplərinə bənzər olan hiperkardır.
Hər iki yeni Porsche modelinin kompüter modelləri və dizayn eskizləri şəklində qalacağı ehtimal olunur, çünki casuslar oxşar kuzova sahib olan sınaq prototiplərinə rast gəlməyiblər. Üstəlik, alman markasının 2021 model ili üçün planında yeni spidster və hiperkar barədə heç bir məlumat yoxdur.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO















