Prezidentin maşınına 1 milyon verdilər; satmadı - FOTO

“Dünyanın ən yoxsul dövlət başçısı” hesab Uruqvay prezidenti Xose Muxikanın “Vosvo” avtomobilinə 1 milyon dollar təklif edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Muxika 1 milyon dollarlıq təklifi, üçayaqlı iti “Manuela”nı baytara aparmaq üçün avtomobilə ehtiyacı olduğundan rədd edib. Cənub Amerika ölkəsi olan Uruqvayın dövlət başçısı Xose Muxika bir ərəb şeyxinin 1987-ci il modeli olan mavi rəngli “Vosvo”suna 1 milyon dollar təklif etdiyini söyləyib. “Busqueda” jurnalına açıqlama verən 79 yaşlı prezident deyib: “Bir ərəb şeyxi məni axtarıb avtomobilim üçün 1 milyon dollar təklif etdi. Əvvəl çox əhəmiyyət vermədim. Sonra yenidən axtardı. Mən də avtomobilmi satmağı ciddi-ciddi düşünməyə başladım”.
Muxika Boliviyanın paytaxtı Santa Kruzda keçirilən beynəlxalq tədbir zamanı edilən 1 milyon dollarlıq təklifi, üç ayaqlı iti “Manuela”nı baytara aparmaq üçün avtomobilə ehtiyacı olduğundan rədd etdiyini vurğulayıb. Xalq arasında “Pepe” kimi tanınan Muxika gələcəkdə avtomobilini satsa, əldə edəcəyi pulu yoxsul ailələrə ev tikdirmək üçün istifadə edəcəyini bildirib. Prezident Sarayı əvəzinə itləri və toyuqları ilə sadə ferma evində yaşamağı seçən Muxika həyat tərzi ilə dünyanın digər dövlət başçılarından fərqlənir. Muxika suyunu quyudan çəkir, həyat yoldaşı da çiçək yetişdirib satır.
“Dünyanın ən yoxsul dövlət başçısı” kimi də tanınan Muxika 2010-cu ildə şəxsi sərvətinin 800 min dollar olduğunu açıqlayıb. Muxika 12 min dollarlıq maaşının az qala hamısını yoxsullara paylayır. Muxika 2009-cu ildə keçirilən prezident seçkisini qazanmazdan əvvəl Kuba inqilabından ilhamlanaraq Tupamaros partizan qrupunda iştirak edib. Altı dəfə vurulan və həyatının 14 ilini həbsdə keçirən Muxika 1985-ci ildə demokratiyaya keçilməsinin ardından sərbəst buraxılıb. Konstitusiyaya görə ikinci dəfə namizəd ola bilməyəcək Muxikanın səlahiyyət müddəti, 2015-ci il martın 1-də başa çatacaq.
Təxminən 4 milyon əhalisi olan Uruqvay həyat səviyyəsinin keyfiyyəti baxımından dünyanın 19-cu ölkəsidir. Urugvay eyni zamanda Latın Amerikası ölkələri arasında ən aşağı cinayət törədilən ölkədir.
Sovet Azərbaycanında müharibə dövrünün nömrə nişanları - FOTOLAR
Rusların uğursuz analoqları - FOTO
Hibrid avtomobil: Qazanc, yoxsa zərər?
Ən çox hansı şirkətlərin avtomobilləri geri çağrılır? - STATİSTİKA
Bu ölkədə sürücüsüz avtomobillər də CƏRİMƏLƏNƏCƏK - YENİ QAYDA
Sovet adamlarının avtomobilə baxışını dəyişdirən tarix
Antik avtomobillər bahalaşır – SƏBƏB - FOTOLAR
Bu şirkət Cənubi Koreya bazarını 2026-cı ildə bağlayacaq - RƏSMİ
1 milyard dollar xərc çəkilib, real nəticə yoxdur - FOTO
Dünyanın ən böyük avtomobil sərgisi öz işinə başladı - FOTO
Ərəblər hibrid mühərrik istehsalına başladılar - FOTO









