Putin yolda qaydaları pozdu – FOTO+VİDEO

Putin lüks xidməti maşınını "Lada" ya dəyişdi. Rusiyanın dövlət başçısı Vladimir Putin Valday klubunun görüşünə "Lada-Vesta" avtomobilində gəlib.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov forumda bildirib ki, Vladimir Putin görüşə "Lada" markalı maşınla gələcək. Bu xəbər forumda iştirak edənlərə inandırıcı gəlməyib. Onlar arasında şaiyələr gəzib ki, görəsən, prezident həmin maşınla dağlıq ərazidə yerləşən "Palyana 1389" otelinə gəlib çıxa biləcəkmi.

Putin həmişəki kimi görüşə gecikib, lakin bu dəfə onun gecikməsi iki saat olub. Nəticədə forumda iştirak edənlər gecəyə qədər işdə ləngiyib. Prezidentin gecikməsinin bu qədər uzunmüddətli olmasının səbəbini onun həmişəki kimi xarici maşında deyil, "Lada-Vesta" markalı maşında gəlməsində görürlər.
Xatırladaq ki, bu ilin oktyabr ayının 16-da Çeçenistan rəhbəri Ramzan Kadırov bütün məmurlardan yalnız yerli maşınlardan istifadə etmələrini söyləyib. Prezident "Çeçenavto" zavodunda istehsal olunan "Lada-Vesta" markalı maşınların yerli şəxslər tərəfindən alınmasının daha məqsədəuyğun olduğunu bildirib. Belə olan halda, dövlətin xərclədiyi gəlir, elə dövlət büdcəsinə qayıtmış olar.
"Əvvəllər biz "Toyoto Corolla", "Ford Fokus", "Toyoto Camry" kimi xarici maşınları alırdıq. Amma bundan sonra daha onları almaq niyyətimiz yoxdur. Bundan sonra "Lada-Vesta" alacağıq. Onlar çox rahat və qənaətli maşınlardır. Bundan sonra bu maşınlar Arqun şəhərində buraxılacaq. Mən düşünürəm ki, bu markalı maşınlara təlabat da yaxşı olacaq".
Oktyabrın 15-də Rusiya prezidenti Vladimir Putin isə məmurlara xarici aviaşirkətlərin xidmətlərindən istifadə etməyə qadağa qoyub. Sərəncama əsasən, məmurlar yalnız Rusiya aviaşirkətlərinin, habelə Avrasiya İqtisadi İttifaqı ölkələrinin aviaşirkətlərinin xidmətlərindən yararlana bilər.
Görünür, Rusiya höküməti belə bir addım atmaqla, ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq istəyir.
Amma Rusiya bu qadağanı təqdim edən ilk dövlət deyil. Çində də dövlət məmurları milli aviaşirkətlərdən başqa reyislərlə uça bilməz. Ümumilikdə isə, Çində aviareyislərin çox hissəsinə hökümət nəzarət edir.
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ
“Volkswagen” yeni bazarlar axtarır
İşçi sayına görə lider avtomobil istehsalçıları – TOP-10
Cəmi 3 ədəd istehsal edilmiş “Mercedes”lərdən biri satışa çıxarılır - FOTOLAR










