Qaynar «Toyota» hazırlandı - FOTO

Yaponiyanın Gazoo Racing yarış komandası əsl döyüşkən «Toyota GT86» - GRMN 86 hazırlayıb. Daha çox güc, aerodinamika və sürətə sahib olan sportkardan cəmi 100 ədəd buraxılacaq. Trek yarşları üslubunda hazırlanan ikiqapılı avtomobil karbon plastikdən hazırlanan yeni aerodinamik yük, kapot, baqaj, dam örtüyü və spoylerə sahib olub. Mühəndislər GRMN 86 versiyasının sadə GT modelindən 20 kq daha yüngül olduğunu bildiriblər - 1230 kq. Həmçinin, şassinin təkminləşməsi barədə də məlumat verilib, bu da sərtliyin və asmanın idman üslubunun artmasına səbəb olub. Bundan əlavə altı və dörd porşen mexanizmli gücləndirilən əyləcləri, kapot altında isə təkminləşən iki litrli 219 atlı oppozit mühərriki qeyd etmək lazımdır. Güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə işləyir.
Az sayda buraxılacaq sportkarın qiyməti isə $55 000 təşkil edəcək.
4charx.com
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO














