"Renault" yeni yığcam krossover hazırlayır - FOTO

Bir ay bundan əvvəl Nissan şirkəti inkişaf etməkdə olan ölkələr üçün Datsun markası altında buraxılacaq yığcam Magnite krossoverini təqdim etmişdi. İndi də bənzər modeli yapon markasının ittifaq ortağı olan Renault şirkəti təqdim edib. Doğrudur, fransızların təqdim etdiyi Renault Kiger hələlik konsept statusundadır, lakin yeni krossover, Magnite modelinin də inşa edildiyi ön ötürməli CMF-A platformasına əsaslanır. Eyni zamanda, istehsalçı krossoverin kütləvi istehsal üçün 80% hazır olduğunu bildirib.
Avtosfer.az autograph.az-a istinadən bildirir ki, Kiger modelinin şou avtomobili olduğunu bir sıra detallar sübut edir: missal kimi, futuristik dizaynı olan 19-düymlük təkər disklərini, kiçik ölçülü yan güzgüləri, qeyri-adi qapı tutacaqlarını, parlaq yaşıl haşiyələri olan kuzov dəstini, təkər tağlarının iri genişləndiricilərini, səsbuğucu sistemin arxa hissənin mərkəzində yerləşən yeganə çıxış borusunu və damdakı baqaj bölməsini göstərmək olar. Çox güman ki, bu elementlərin əksəriyyəti seriya modelində tətbiq edilməyəcəkdir.
Nissan Magnite modelində olduğu kimi, Renault Kiger modelinin uzunluğu da dörd metrdən azdır - bu, modelin əsas bazarının Hindistan olacağına dəlalət edir, çünki bu ölkədə belə avtomobillər üçün xüsusi güzəştlər tətbiq olunur. Prototpin klirensi 210 millimetrdir. Bununla belə, istehsalçı konseptin interyer şəkillərini yayımlamayıb.
Seriya krossoverinin mühərriklərin çeşidi 1,0-litrlik üçsilindrli atmosfer və eyni həcmli turbomühərrikdən ibarət olacaqdır. Güc aqreqatları mexaniki ötürmələr qutusu və ya bir muftalı "robot" ilə tandemdə çalışacaqdırlar. Renault Kiger modelinin seriya versiyasının 2021-ci ilin əvvəlində debüt edəcəyi gözlənilir. Sonradan yığcam krossover digər ölkələrdə də satılmağa başlayacaqdır. Hələlik şirkət bu ölkələrin tam siyahısını açıqlamayıb.




Çində antik avtomobillərin saxta kuzovları hazırlanır
Rusların yeni avtomobili Çin versiyasından 3 dəfə baha satılır
Bloqer milyonluq maşını özü təmir etdi, 16 dəfə ucuz başa gəldi - FOTO
Ucuz qiymətə maşın almaq istəyənlərə ən çox tövsiyə olunan modellər
Bulvarda klassik və sürət avtomobillərinin festivalı davam edir - VİDEO
ABŞ-İran qarşıdurması avtomobil sənayesini təhdid edir
Avropa avtomobil bazarında yeni statistika; elektromobil satışı artdı
Qonşusuna "Mercedes" vəd etdi, aldığı pulları şəxsi ehtiyaclarına xərclədi
Ucuz deyib aldanmayın! - Çin avtomobilləri ilə bağlı şok xəbərdarlıq
"Tesla Model 3"dən daha çox məsafə qət edə bilən 5 elektrik avtomobili - SİYAHI
Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçiriləcək











