“Rolls Royce”un işçiləri tətilə başlayır

“Rolls Royce” şirkətinin iki müəssisəni Sinqapura köçürmək qərarı həmin müəssisələrdə tətil başlamasına gətirib çıxarıb.
Avtosfer.az "The Daily Telegraph”a istinadən xəbər verir ki, Lankaşir qəzasının Barnoldsuik şəhəri yaxınlığında yerləşən və reaktiv mühərriklər üçün “Trent 1000” tipli pərlər istehsal edən iki müəssisə qarşıdakı iki il ərzində Sinqapura köçürülməklə azı 350 iş yeri ixtisar olunacaq.
“Unite” həmkarlar ittifaqının açıqlamasına görə, həmin müəssisələrin işçiləri noyabr ayının 6-dan etibarən üç həftə ərzində tətil edəcəklər.
Cari ilin birinci yarısında 5,4 milyard funt məbləğində rekord maliyyə itkilər çəkdiklərini açıqlamış “Rolls Royce” pandemiyanın təyyarə bazarındakı fəsadlarına uyğunlaşmaq üçün bütövlükdə 9 minədək, yəni işçilərinin 17 faizini ixtisar etmək niyyətindədir. Bununla da ildə 1,3 milyard funt vəsait qənaət etmək hədəfləyən şirkət həmçinin struktur tərkibini köklü şəkildə təkmilləşdirmə işləri üçün 2 milyard funt sərmayə cəlb etməyi nəzərdə tutur.
Nərminə
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












