Rusiyanın avtomobil sənayesi fəaliyyətini bərpa edir

Rusiyanın avtomobil istehsalçıları fəaliyyətlərini bərpa edir.
Avtosfer.az xəbər verir ki, "APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, artıq bu gün "Sollers" şirkətinin Vladivostokdakı zavodu yenidən işə salınır. Eyni zamanda, şirkətin Ulyanovsk və Tatarıstandakı istehsal müəssisələri də yaxın günlərdə fəaliyyətə başlaya bilər.
Bundan başqa, bu gündən etibarən "AvtoVAZ"ın da müxtəlif bölmələri fəaliyyətini bərpa edəcək. İlk növbədə, avtomobil istehsalçısının mütəxəssisləri koronavirusun yayılmasına qarşı yeni şəraitdə əmək prosesinin təşkili imkanlarını öyrənəcəklər. Sexlərin sosial məsafənin saxlanılması üzrə hazırlığı müvəffəqiyyətlə keçirilsə, həftənin sonunadək avtomobil istehsalına başlanıla bilər.
Bununla yanaşı, aprelin 6-da "KamAZ" da konveyeri yenidən işə salmağı planlaşdırır. Yük maşınlarından başqa, şirkət artıq qoruyucu kostyumlar və maskalar istehsalına başlayıb.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












