Satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti güllələdi - VİDEO
Avtodünya
24 May 2020 10:47

Avtomobilin sahibi ekspertin hazırladığı hesabatla razılaşmayıb
Türkiyədə bir kişi satmaq istədiyi maşının qüsurlarını sadalayan eksperti öldürüb. “Demirören Haber Ajansı”nın (DHA) məlumatına görə, Qaziantep şəhərində 30 yaşlı Mehmet Kavğacı güllələnib.
Adı açıqlanmayan şəxs alıcı və tanışı ilə satmaq istədiyi avtomobilini ekspertə göstərib.
M.Kavğacı maşının nasaz yerləri ilə bağlı hesabat hazırlayıb. Lakin avtomobilin sahibi ekspertin hazırladığı hesabatla razılaşmayıb.
Onların arasında yaranan mübahisə davaya çevrilib və nəticədə, maşının sahibi M.Kavğacını sinə nahiyəsindən güllələyib. Həkimlərin bütün səylərinə baxmayaraq, iki uşaq atası olan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Satmaq istədiyi maşına minib qaçmaq istəyən şübhəli və yanındakı iki şəxs saxlanılıb.
Oxunub : 4288
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 10:00
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
5 Noyabr 2026 18:00
"BMW" Çində kütləvi ixtisarlara gedir
4 Noyabr 2026 12:41
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
3 Noyabr 2026 09:30
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
2 Noyabr 2026 17:46
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
30 Oktyabr 2026 18:12
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
30 Oktyabr 2026 15:44
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
30 Oktyabr 2026 12:30
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
28 Oktyabr 2026 16:00
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
28 Oktyabr 2026 15:41
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
28 Oktyabr 2026 10:23
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
26 Oktyabr 2026 20:00
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR
ŞƏRH YAZ












