Sərnişindaşıma ilə məğul olan sahibkarlara güzəştlər nəzərdə tutulub-DANX

Yanacağın qiymətinin artması səbəbindən rayonlararası sərnişindaşıma ilə məşğul olan avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.
Onun sözlərinə görə, yanvar ayının sonuna kimi hökumət tərəfindən kompensasiyaların hansı formada veriləcəyi açıqlanacaq:
"Avtobuslarda gedişhaqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Əksinə avtobus sahiblərinə müvafiq güzəştlər nəzərdə tutulub. Benzin yanacağı daha çox şəxsi avtomobillərdə olduğu üçün, bu istehsal bazarında qiymət artımına səbəb olmayacaq. Əksinə deyərdim ki, ictimai nəqliyyatdan istifadəni daha çox stimullaşdırmış olacaq".
N.Allahyarova əlavə edib ki, taksilərdə süni qiymət artımına qarşı müvafiq addımlar atılacaq: "Bu məsələyə nəzarət gücləndiriləcək".
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












